Yaponiyanın şəhərətrafı qəsəbələrindən birində böyüyən Hacime adlı oğlan düşünürdü ki, hamının bacı-qardaşı var, bircə o, evin tək uşağıdır. Sonradan Şimamoto adlı bir qızla dostlaşmışdı, o da evin tək uşağı idi. Onlar məktəbdən evə birgə qayıda və günorta Şimamotonun atasının kolleksiyasındakı musiqiləri dinləyərdilər. Hacimegil qəsəbədən köçəndən sonra onların əlaqəsi kəsilmişdi. Artıq Hacimenin yaşı otuzu keçib. On il məqsədsiz yaşadıqdan sonra evlənib və iki sevimli qızı var. İşləri də qaydasındadır, müştəri cəhətdən korluq çəkməyən iki caz barının sahibidir. Amma həyatında hər şey qaydasında görünsə də, daxilində dərin boşluq hiss edir. Bir gün yağışlı gecədə uşaqlıq sevgisi Şimamoto füsunkar aurası ilə onun qarşısında peyda olur. Beləcə, Hacime həyatının dönüş nöqtəsində olduğunu hiss edir. İndi verəcəyi qərarlar həyatını tamamilə dəyişdirə bilər...
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Haruki Murakami
Pages::
184
language:
Azerbaijani
Метка:
SOON!
Product reviews
No one has left a review yet. Be the first!
Similar products