Elə yaradıcı şəxsiyyətlər var ki, onların irsinə zaman-zaman ehtiyac duyulur, müraciətlər edilir, fikirlərinə yeni-yeni baxışlar yaranır. Froud da bu baxımdan istisna deyil. Onun yazdığı elmi əsərlər, oxuduğu mühazirələr bu gün də aktuallığını saxlayır. Onun əsərləri bütün dünyada yeni müstəvidə öyrənilir: Froud yenə də insanların köməyinə gəlir.
Qarşınızdakı kitabda isə bu dahi insanın tamam başqa keyfiyyətləri üzə çıxır: sevən bir aşiq kimi qələmə aldığı sevgi məktublarıdır bunlar. Son dərəcə səmimi hisslər, bədii, bəlağətli bir tərzdə yazılan bu məktublar insan qəlbinin sonsuzluğunu və ehtirasının hüdudsuzluğunu bir daha nümayiş etdirir. İnanın ki, bir bədii əsər oxuyurmuş kimi təsir bağışlayacaq sizə bu sətirlər. Beləcə, sizi Froudla baş-başa buraxırıq.
ISBN:
2000054277968
Genre:
Klassika
Publishing house:
Qanun Nəşriyyatı
Author:
Ziqmund Freyd
Pages::
184
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 10
Kitab mənə insanın özünü daha yaxşı anlamağa kömək etdi. Freydin fikirləri çox dərin və genişdir, oxuduqca daha çox məlumat əldə edirəm.
Yorulmadan oxudum. Çox faydalı kitabdır. Göstərdiyiniz xidmətə görə də təşəkkür edirəm.
❤️❤️❤️🤌👍👍
Freydin yazdığı sevgi mektublarını oxumaq mənə psixologiya haqqında dərin anlayış verdi. Oxuyan hər kəs üçün faydalı və maraqlı olacağından əminəm.
Çox təsirli kitabdır. Freydin sevgi haqqında fikirlərini oxumaq mənim üçün çox xoş oldu. 👍😍❤️
Bu kitabı oxumaq mənim həyatımda çox böyük təsir göstərdi. Özümü və ətrafımdakı insanları daha yaxşı anlamağa başladım. Faydalı məsləhətlər ilə zəngindir..
Psixologiya ilə maraqlanan hər kəs üçün mükəmməl bir mənbədir.
Kitab mənə özümü daha yaxşı başa düşməyə və stresslə necə mübarizə aparmağı öyrənməyə kömək etdi. Çox dəyərlidir.
Freyd, həyatın kompleksliyini sadə və aydın bir şəkildə təsvir edir. Mükəmməl kitabdır.
Bu kitabın ingilis dilində adı nədir?
Similar products
Frequently bought together