Dahi yazıçı Qoqolun “Şinel” hekayəsi rus ədəbiyyatının “kiçik insan” mövzusunda yazılmış ən sanballı əsərlərindən biridir. Dostoyevskiyə istinad edilən “hamımız Qoqolun şinelindən çıxmışıq” sözü bu qısa, amma bənzərsiz mətnin necə böyük ədəbi fakt olduğunu çox bariz şəkildə göstərir. Süjet xətti elə də mürəkkəb olmayan əsərin dünya ədəbiyyatında bu qədər əhəmiyyət daşımasında Qoqolun sənətkarlığının müstəsna rolu var. Hekayə ironiya, metafora, simvolizmlə zəngindir, süjeti acı bir realistik xətlə davam eləsə də, sonlara doğru fantastik istiqamət alır, hadisələr absurdizmin içində cərəyan edir. Qoqol sənətkaranə şəkildə Akaki Akakiyeviçin kədərli həyatını təhkiyəsində sentimentallığa yer vermədən, əksinə, ironiya və sarkazmla təqdim edir.
ISBN:
									9789952525762
								Genre:
									Klassika
								Publishing house:
									Parlaq İmzalar
								Binding:
									Yumşaq
								Author:
									Nikolay Qoqol
								Pages::
									80
								language:
									Azerbaijani
								Метка:
									Ekspress
								Product reviews 1
Əgər yazar Qoqol yox, başqa rus olsaydı, onda Peterburqda ruhlar dolaşmazdı. Qoqolu fərqli qılan budur.
Similar products
 
		 
 
