Əgər tarixi, müqəddəratınızı dəyişmək imkanınız olsaydı, nəyi dəyişərdiniz? – Qreqori Samakın “Sirr kitabı” oxucuya bu sualla müraciət edir. Əsərdəki hadisələr günümüzdə cərəyan edir. Elias Ayn tənha, müdrik qocadır, “yaşıdlarının əksəriyyəti kimi, onun da öz vərdişləri və həyatı kifayət qədər dolğun yaşamadığına dair dumanlı təəssüratları var”. Təqaüd yaşına çatanda, “ömrünü dinclik içində yaşamaq, taqətdən düşmüş vücudunun, nəhayət ki, ona xain çıxacağını və ölüm vədəsinin yetişəcəyini gözləmək üçün” Avstriyanın Braunau-am-İnn şəhərciyinə köçərək tənhalığa çəkilir. Lakin təzə evində nəhəng yeraltı kitabxananı kəşf etdikdən sonra maraqsız, tənha həyatı qeyri-adi hadisələr burulğanına çevrilir. Və Elias tənha qocadan tarixin gedişatını dəyişə bilən, zamanda və məkanda səyahət edə bilən bir insana çevrilir.
Özündə həmçinin fantastik elementləri birləşdirən bu roman Qreqori Samakın ilk əsəridir. Yazıçı belə deyir: “Bu əsər insanlığa öyüd vermək niyyətindən tamamilə uzaqdır. O, insanın taleyi ilə bağlı suallara toxunur. Bəzi tarixi hadisələr yaddaşlardan silinəndən sonra bizi nə gözləyir? Axı hazırda biz unutqanlıq prosesini yaşayırıq”.
ISBN:
									9789952269420
								Genre:
									Современная проза/Muasir nəsr
								Publishing house:
									Qanun Nəşriyyatı
								Binding:
									Paperback
								Author:
									Gregory Samark
								Pages::
									216
								language:
									Azerbaijani
								Метка:
									Ekspress
								Product reviews
No one has left a review yet. Be the first!
Similar products