Hər yerdə valideynlər övladlarının təhsili ilə bağlı çox narahatdırlar, xüsusən də təhsilin siyasətin və mübahisələrin minalanmış sahəsinə çevrildiyi indiki dövrdə.
Dünyanın ən nüfuzlu pedaqoqlarından biri olan Robinson valideynlərlə qarşılaşdıqları dilemmalar haqqında saysız-hesabsız söhbətlər aparıb.
Bir valideyn olaraq övladlarınızın təhsilində nələrə diqqət etməlisiniz?
Onların məktəbinin onlar üçün uyğun olub-olmadığını necə deyə bilərsiniz və uyğun deyilsə, nə edə bilərsiniz?
Bu kitabda o, təhsil alan uşağınızı necə dəstəkləmək barədə aydın prinsiplər və praktiki məsləhətlər təklif edir. Bir çox mifləri dağıdan və kritik məktəb seçimləri və mübahisələrini həll edən "Siz, uşağınız və məktəb" kitabı valideynlər üçün uşaqlarının həqiqətən ehtiyac duyduğu təhsil növü və bunu əldə etmələri üçün nə edə biləcəklərini öyrənmək üçün əsas kitabdır.
Müştəri xidməti çox peşəkardır. Sualıma dərhal cavab verdilər və kitabım tez çatdırıldı. Təşəkkür edirəm.
Aysun
03.09.2024 в 15:49
Saytdakı seçimləriniz çox genişdir və kitablar vaxtında və yaxşı qablaşdırmada çatdırıldi. Çox razi qaldım. Bu kitabı da bəyəndim, hər kəsə tövsiyə edirəm.
Hikmət
29.06.2024 в 17:03
Çox faydalı məsləhətlər tapdım. Çox tövsiyə edirəm.
Məsmə
12.06.2024 в 20:05
Bu kitablar mənə uşaqlarımı daha yaxşı anlamağı və onlarla daha yaxşı ünsiyyət qurmağı öyrətdi. Ailə münasibətlərimizdə müsbət dəyişikliklər etdi.
Bəsirə A.
11.06.2024 в 20:40
Vaxtımı qənaət etmək üçün online alış-verişi seçirəm. Məhsullar qapıma qədər gəlir və bu çox rahatdır. Çox sağ olun.
Əminə
29.05.2024 в 15:52
Kitabı oxumaq çox maraqlı və faydalı oldu. Uşaqların inkişafı ilə bağlı çox dəyərli məlumatlar əldə etdim.
Hüsniyyə
21.03.2024 в 19:21
Çox yaxşı kitabdır.
Ataxanova Rübabə
01.03.2024 в 16:57
Bu mövsüm inşallah ovladım məktəbə gedəcək. Kitabı almışam oxuyuramki, bilmədiyim nüansları oýrənim. Tam hazır olum.
Diləfruz
11.12.2023 в 13:40
Hər bir valideyinə oxumağı tövsiyə edirəm. Mən çox faydasını gördüm, əminəm ki, sizdə faydasını görəcəksiniz. 👍👍👍.
Mübariz
01.12.2023 в 00:21
Çox asanlıqla sifariş etdim və qısa vaxtda kitablarımı gətirdiyiniz, çox sağ olun. Kitabı da çox bəyəndim, evdində məktəbli olan hər kese tövsiyə edirəm.
Əminə
29.11.2023 в 23:59
Xidmətlərinizlə mustərini tam razi salirsiniz. Bəyəndim sizi
Lətafət Abdullayeva
17.10.2023 в 13:01
Iki uşağım məktəbə gedir. Bu kitabı oxuyuram. Çox incə detallar var bu kitabda. Valideyinlər, sizdə oxuyun məncə.
Aysel M
09.10.2023 в 07:13
Kitabda hansi məqamlara toxunmaq lazımdır xüsusilə qeyd olunub. Nəyi necə etməyimiz sadə dildə yazılıb. Bir valideyin olaraq mənim çox xoşuma gəldi.
Mustafa
16.09.2023 в 17:22
Çox maraqlı və önəmli kitabdır. Bütün valideyinlərə tövsiyə edirəm. Mən özüm qeydlər edərək oxumuşam. Deyərdim ki, kitab vacib məlumatlarla zəngindir. 👍👍👍👍
Aynur Salamova
11.09.2023 в 20:30
Bir valideyin olaraq həmişə övladımın təhsilinin yaxşı olmağı üçün çalışmışam. Bu kitabda mənim çox köməyimə çatdı. Sadə və anlaşıqlı dildə yazılmış, çox önəmli kitabdır. Mən bəyəndim. 👍👍👍📖❤️👏
Cəmilə
03.09.2023 в 08:50
Bu il, ilk dəfə övladımı məktəbə yola salacam. Bu kitabı gördüyüm an səbətimə atdım. Həyacanla satışa çixacağı günü gözləyirəm.
İnci
02.09.2023 в 20:38
Səbrsizliklə gözləyirəm. İndidən sifariş etmişəm ki, satışa çıxan kimi, ilk alıcılarından olum.