“Yaşadığımız mühit, aid olduğumuz çevrə və həyat tərzimizdən asılı olmayaraq, bu kitab ictimai nitq qabiliyyətinin inkişafı və təkmilləşməsində dəyərli bilgi mənbəyidir. “Nə söylədiyin deyil, necə söylədiyin vacibdir” ifadəsi bu kitabın ana xəttini təşkil edir”.
Murad Dadaşov, şoumen və aparıcı
“Sözünə Güvən” öz çıxışlarını daha cəlbedici, danışığını daha təsirli, fikirlərini daha yaddaqalan etmək arzusunda olan, karyerasında irəliləməyi hədəf seçmiş peşəkarlar üçün yazılıb. Bu kitabda auditoriya qarşısında çıxışların on prinsipi izah edilir. Hər prinsip gündəlik həyatdan misallarla təsvir edilib və düzgün tətbiq üçün asan vasitələrlə zənginləşdirilib. Oxucular auditoriya qarşısında narahatlığını müsbət enerjiyə, darıxdırıcı məsələləri maraqlı hekayələrə, cansız slaydları rəngarəng təqdimata çevirməyin yollarını biləcəklər. Ən önəmlisi isə, onlar öz çıxışları ilə auditoriyanı hərəkətə gətirməyə qadir olacaqlar.
ISBN:
9789952508925
Genre:
Psixologiya, özünüinkişaf
Publishing house:
Parlaq İmzalar
Author:
Rəşad Bayramov
Pages::
272
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 2
Göstərilən xidmətdən razı qaldım, təşəkkürlər. Kitabı da çox bəyəndim. Hər kəsin oxumasını tövsiyə edirəm.
Kitabın izahları çox sadə və aydın idi. Psixologiya və özünü inkişaf haqqında daha çox məlumat əldə etmək üçün mükəmməl bir seçimdir.
Similar products
Frequently bought together