“Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəd-dinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarla-rının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.
Related products
Similar products
Same category
comments0
comments