Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−15%

Təəssübkeş

Publishing house: Teas Press
Author: Rza Aslan
SKU: 9789952313659
Sold less than 20 times
Unit of measurement: pcs.
13.18 AZN
15.50 AZN
Savings 2.32 AZN
Special online price

Teessubkes (Rza Aslan) Rza Aslanın İsanın şəxsiyyətinin araşdırılmasına həsr etdiyi “Təəssübkeş” əsəri İsa ilə bağlı təsəvvürlərdə ciddi təbəddülatlar yaradır. Müəllif İsanın yaşadığı dövrün müfəssəl təsvirini verir və düşündürücü suallar qoyur.

Out of stock0

Rza Aslanın İsanın şəxsiyyətinin araşdırılmasına həsr etdiyi “Təəssübkeş” əsəri İsa ilə bağlı təsəvvürlərdə ciddi təbəddülatlar yaradır. Müəllif İsanın yaşadığı dövrün müfəssəl təsvirini verir və düşündürücü suallar qoyur. Məsələn, xristianlığın banisi sayılan İsanın şəxsiyyəti haqda məlumatlar niyə bu qədər azdır? Olmaya onun şəxsiyyətini qəsdən unutdurublar? Doğrudanmı tarixi İsa müasir kilsənin təqdim etdiyi qədər sülhpərvər, mötədil olub? Müəllif bu suallara cavab axtarışında bir çox maraqlı nəticələrə gəlir. Rza Aslan İsanın şəxsi dini dünyagörüşünün bu gün xristianlıq kimi tanınan dinə çevrilməsinə qədər keçdiyi yolu addım-addım izləyir, hansı dəyişikliyin dövrün hansı tələblərindən irəli gəldiyini araşdırır. Burada Roma imperiyasına xidmət edən siyasi məqsədlər olub. Yəhudilikdən ayrılan xristianlıq hələ rüşeym dövründə olanda, İsanın dövründə, hətta onun çarmıxa çəkilməsindən sonra uzun müddət klassik yəhudiliklə, sonralar işğalçı imperiya ilə ziddiyyətlərdən qaçıb, özünü ona uyğunlaşdırıb. İkinci tendensiya xristianlığın simasını o qədər dəyişib ki, İsanın çarmıxa məhz “yəhudilərin padşahı” kimi çəkildiyi də unudulub, yəhudilər düşmən kimi təqdim edilib və xristianlar İsanın əzəli dinini əsrlər boyu sıxışdırıblar. Əslən İrandan olan, hələ uşaq ikən, İslam inqilabı zamanı ailəsi ilə ABŞ-a mühacirət edən Rza Aslanın tezisləri Qərbin dini dairələrində birmənalı qarşılanmayıb tez-tez tənqid edilsə də, müəllif bu əsəri ilə əslində heç də ittihamçı kimi çıxış etmir. Əksinə, dinin radikal təfsirinin əleyhdarı olan, mədəniyyətlər arasında toqquşma nəzəriyyəsini qəbul etməyən Rza Aslan hadisələri tarixilik baxımından araşdırmaqla göstərir ki, əslində burada məntiqin fövqündə olan bir şey yoxdur. Bir dinin yaşayıb çiçəklənməsi üçün onun daşıyıcılarının sağ qalması vacibdir. Deməli, din şəraitə uyğunlaşmalıdır. Bu tendensiya onun İslam tarixinə həsr etdiyi “Allahdan başqa ilah yoxdur” əsərində də hiss olunur.

ISBN:
9789952313659
Genre:
Roman
Publishing house:
Teas Press
Binding:
Yumşaq
Author:
Rza Aslan
Pages::
292
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
8.79 AZN 10.99 AZN
Nadir Şah Əfşarın Fərman və məktubları
pcs.
7.99 AZN 9.99 AZN
Bakı - 1501
pcs.
7.99 AZN 9.99 AZN
Planla yaşayan qadın
pcs.
10.39 AZN 12.99 AZN
Google necə işləyir
pcs.
Frequently bought together
7.99 AZN 9.99 AZN
Dahiliyə aparan yol 2-ci kitab
pcs.
4.79 AZN 5.99 AZN
Vücudunu sevgi ilə şəfalandır
pcs.