Məşhur Amerika yazıçısı Mark Tvenin “Tom Soyyerin macəraları” romanı öz müəllifinə böyük şöhrət qazandırmışdır. Hələ yazıçının sağlığında bestseller olmuş bu əsər dünya ədəbiyyatının incilərindən sayılır. Əsərin əsas qəhrəmanı olan dəcəl, nadinc, dalaşqan Tom, eyni zamanda, ağıllı, fəndgir, cəsarətli, qorxmazdır. Polli xalanı əsəbiləşdirən Tom onu çox istəyir, sinif yoldaşı Bekinin əvəzində cəzalanmağa razı olur, qətl hadisəsini törədənin kim olduğunu məhkəmədə açıb deyir, günahsız insanın cəzalandırılmasına ürəyi dözmür. Dostu Heklberri Finn ilə birlikdə Tom Soyyerin başına gələnlər oxucunu romandan ayrılmağa qoymur.
ISBN:
									2009873016123
								Genre:
									Klassiklər
								Publishing house:
									3 Alma
								Author:
									Mark Tven
								language:
									Azerbaijani
								Метка:
									Ekspress
								Product reviews 1
Tven yumor və satira istedadı ilə tanınır. O, əsərlərində sosial tənqidlər edir, dövrün siyasi-ictimai problemlərinə yumoristik prizmadan yanaşır.
Similar products
 
		 
