Müşahidə etdiyimiz nəhəng sosial və ekoloji disbalansı aradan qaldırmaq üçün cəmiyyətlərimizin dərin dəyişikliklərə ehtiyac duyduğunu zənn ediriksə, bütün bu problemlərin sizin və mənim kimi ali təhsilli insanlardan qaynaqlandığını unutmamalıyıq! Belə qənaətə gələ bilərik ki, cüzi dəyişikliklər sənaye dövrünə xas olan, bütün ölkələrdə hələ də təhsil sahəsinin əsas istiqamətini formalaşdıran məktəb modelinin tam yenilənməsi ilə müqayisədə daha böyük əhəmiyyət kəsb edir.
Con Edvardsın və Bill Martinin araşdırmaları göstərir ki, dünyanın müxtəlif yerlərində müəllimlər və icmalar təkmilləşdirilməsinə onilliklər sərf olunan təlim vasitələrinin və metodlarının bütün növlərini nəzərə almaqla bu işin öhdəsindən daha yaxşı gəlir. Bunun üçün vahid model və ya cavab mövcud deyil. Gələcəyin təhsili təbiətin müxtəliflik və əlaqəlilik prinsiplərini təcəssüm etdirəcək. Sözügedən prinsiplər uşaqların anadangəlmə müdrikliyinə əmin olmağa və əbədi hüququmuz sayılan mərhəmət hissinin və intellektin formalaşdırılması sayəsində bəşəriyyət tarixində yeni səhifə aça biləcək gələcək nəsillərin yetişəcəyinə inanmağa əsaslanır .
ISBN:
9789952520651
Publishing house:
Teas Press
Binding:
Yumşaq
Author:
Bill Martin , Con Edvards
Pages::
280
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together