Xoşbəxt uşaqlar böyütmək üçün ailədə nizam-intizam qaydaları necə yaradılmalıdır?
Nə etməliyik ki, körpə ana-atasına düzgün bağlansın?
Uşaqlara ilk günlərdən düzgün və ağıllı seçim etmələri üçün necə dəstək ola bilərsiniz?
Uşaqlarınız arasında sağlam münasibət yaratmaq üçün nə edə bilərsiniz?
Uşaqların sağlam böyüməsi üçün ən vacib olan prinsiplər hansılardır?
Uşaqlarınızı cəsarətli böyütmənin şərtləri.
Uşaqlarda məsuliyyət hissinin yaranması üçün nə etməliyik?
Uşaqlara əxlaqi dəyərləri necə aşılamaq olar?
Uşaqlarda özgüvəni tərbiyə etmənin üsulları hansılardır?
Nəzakətli və mərhəmətli uşaqlar necə böyüyür?
Bu və digər çoxsaylı suallara cavab tapmaq istəyirsinizsə, bu kitabı oxuyub və əməl etməyiniz məsləhətdir. Uğurlu və cəmiyyətdə mövqe sahibi olmaq heç də həmişə insana xoşbəxtlik gətirmir. Xoşbəxt insanlar da çox vaxt var-dövlətə, mənsəbə, titullara sahiblənmək istəmirlər. Həm uğurlu, həm də xoşbəxt olmaq istəyirsinizsə, bu kitabı oxuyub və əməl etməyiniz məsləhətdir.
Bu kitab həm uğurlu və xoşbəxt uşaq tərbiyə etmək istəyən analar üçün dərs vəsaiti rolu oynaya bilər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Müəllif bu kitabda Dr. Willam Sears, Dr. Marta Sears, Aletha S.Solter, Osho, Özgür Bolat, Naom Aldort, Oytun Erbaş, Anat Boniel və başqalarının əsərlərindən tərcümə edərək mənbə kimi istifadə etmişdir.
Bu kitabın ərsəyə gəlməsində ilk oxucularıma – Prof. Raqib Quliyevə, dostlarım Elşad bəyə, Ehtiram bəyə, mənə mənəvi dəstək olmuş oğlum Rəsula, kitabın tərtibindəki əvəzsiz köməyinə görə qızım Gülnaza və ailəmə təşəkkür edirəm.
Kitabın satışından əldə olunan vəsait ehtiyacı olan, perspektivli tələbələrin təhsilinə sərf ediləcəkdir.
ISBN:
2001270994639
Genre:
Psixologiya, özünüinkişaf
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Siyavuş Quliyev
Pages::
160
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 4
Kitabı çox bəyəndim, bu kitab uşaqların inkişafı və tərbiyəsi haqqında çox faydalı məlumatlar verir. Müəllifin izahları və tövsiyələri çox aydın və tətbiq ediləsi idi.
Kitabın hər bir bölməsi, uşaqların inkişafını anlamaq və dəstəkləmək üçün dəyərli məlumatlarla doludur. Mən bu kitabı oxumağı bütün valideynlərə şiddətlə tövsiyə edirəm.
Kitabı oxuduqdan sonra uşağımı daha yaxşı anlayıram. 10yaşında oğlum var. İndi onunla daha düzgün ünsiyyət qurabilirəm.
Siyavuş Quliyevin digər kitablarını oxumuşam, bu kitabına da yeni başladım. Bəyənərək oxuyuram.
Similar products
Frequently bought together