Yazıçı Mürşüd İsmayılzadənin “Əjdaha qardaşlığı. Yada daşı” kitabı yeni dövr Azərbaycan ədəbiyyatında macəra janrında yazılmış ən maraqlı əsərlərdən biridir. Kitab 200 illik sirr düyününün necə açılmasından bəhs edir. 1836-cı ildə Qarabağda baş verən hadisənin əks-sədasının bu günümüzə gəlib çatacağını təsəvvür edirsinizmi? Müdrik bir dərvişin tapşırığı ilə yola düşən dostlar Quruçay dərəsindəki Azıx mağarasına gəlib çıxırlar. Mağarada iribuynuzlu heyvanın kəllə sümüyünün içindən dairəvi, hamar, sarımtıl rəngli daş tapırlar: sirli-soraqlı Yada daşı. Birdən mağaranın dərinliklərindən dəhşətli nərilti səsi eşidilir...
...Hadisələr 1995-ci ildə bir heykəltaraşın İsmayıllı meşəsində nəhəng ayının hücumuna məruz qalması ilə canlanır...
Kimsəsiz heykəltaraş... bahalı boyunbağı... qeydlərlə dolu bloknot... bitməyən təhlükələr... “Əjdaha qardaşlığı”nın subterritlərlə mübarizəsi... dost sifətindəki düşmənlər...
ISBN:
9789952573718
Genre:
Uşaq ədəbiyyatı
Publishing house:
3 alma
Binding:
Yumşaq
Author:
Mürşüd İsmayılzadə
Pages::
160
Метка:
Ekspress
Weight, gr:
250
Product reviews
No one has left a review yet. Be the first!
Similar products