Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−20%

Yaşıl Mil

Publishing house: Qanun Nəşriyyatı
Author: Stiven Kinq
SKU: 2000053307963
Unit of measurement: pcs.
8.79 AZN
10.99 AZN
Savings 2.20 AZN
Special online price
In stock

Əsər Pol Eskomin dili ilə nəql edilir. Öz cavanlıq illərini xatırlayan Pol haçansa ölüm hökmünün icrasını gözləyən məhkumlar üçün nəzərdə tutulmuş həbsxananın «E» blokunun sabiq baş nəzarətçisi olmuşdur. Onun «qəyyumları» arasında Con adlı nəhəng, safqəlbli bir zənci də var idi. O, iki kiçik qız uşağının qəddarcasına qətlində günahlandırılırdı. Sonradan məlum olur ki, Con bu cinayətdə günahkar deyil. O, sadəcə olaraq, uşaqları xilas etmək istərkən polislər tərəfindən yaxalanmışdır.

«Yaşıl Mil» romanını Stiven Kinq 1996-cı ildə yazmışdı. Kitab ilk nəşrindən sonra «Yaxşı roman» nominasiyasında Brem Stoker mükafatına layiq görülmüşdür. 1999-cu ildə isə bu roman çox uğurla ekranlaşdırılmışdır. «Yaşıl Mil» romanı Kinqin ən yaxşı əsərlərindən sayılır. Çox emosional, mürəkkəb süjet xəttinə və əlvan dekorasiyalara malik olan bu romanda təkcə mistik deyil, eyni zamanda fəlsəfi suallar da öz həllini tapır.

ISBN:
2000053307963
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Stiven Kinq
Pages::
584
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 13
NU
Nurlan

Bu kitabı oxuduqca adamı tamamilə başqa bir dünyaya aparır! Süjet çox maraqlı, hadisələr isə gözlənilməz idi. Fantastika sevənlər üçün əla seçimdir

XA
Xəyal Abbasov

Əsəri oxuduqca mənim təsəvvür dünyamı genişləndirdi. Hekayə o qədər maraqlı idi ki, bir nəfəsə oxudum.

ŞR
Şaiqova Rüqayyə
Hər dəfə Kinqin yeni bir kitabını oxuyanda onun yaradıcılığının necə mükəmməl olduğunu bir daha anlayıram. Bu dəfə "Yaşıl Mil" kitabını oxudum. Bu əsər xüsusilə ürəyimə toxundu. Bir var sadəcə oxuyub mayaqlı olduğunu fikirləşəm. Biridə var əsl həyacan keçirdim. Çooxx içdən yazılmışdı, Kinq.
Vüqar
Yaşıl mil əsəri həqiqətən mükəmməldir. Kinosuna baxmışam, amma əsəri oxumaq tamam başqa hisslər yaşatdı məndə. Kitabın hər səhifəsində yeni və maraqlı hadisələr var. Əsər çox təsiredicidir.
KA
Kamil
Bu fantastik kitab məni dünyanın qarşısını almaq və düşünməyə sürüklədi. Əlindən düşməyəcəksiniz!
5 / 5
5 stars 10 4 stars 1 3 stars 0 2 stars 0 1 star 0 No rating 2
Similar products
11.92 AZN 14.90 AZN
Üzüklərin hökmdarı 3. Kralın qayıdışı
pcs.
10.39 AZN 12.99 AZN
Persi Cekson və Titanın lənəti
pcs.
11.99 AZN 14.99 AZN
Üzüklərin hökmdarı
pcs.
12.79 AZN 15.99 AZN
Harri Potter və Simurq ordeni-kitab 5
pcs.
11.99 AZN 14.99 AZN
Harri Potter və alov qədəhi-kitab 4
pcs.
11.99 AZN 14.99 AZN
Harri Potter və yarımqan prins-kitab 6
pcs.
Frequently bought together
10.39 AZN 12.99 AZN
Güzgüdəki naməlum adam
pcs.
10.39 AZN 12.99 AZN
Yanğı
pcs.
10.39 AZN 12.99 AZN
Rəqəmsal qala
pcs.
15.92 AZN 19.90 AZN
Bəbir
pcs.
5.99 AZN 7.49 AZN
Milad pudinqinin macərası
pcs.