Dünyanın ən sakit, hüzurlu, terrorun uzaq gəzdiyi ölkə Norveçin həyatını büsbütün və həmişəlik dəyişən, 189 dəqiqəyə sığan dəhşətli qətliamdan bəhs edən bu kitabı göz yaşı axıtmadan oxuya bilməyəcəksiniz.
İstedadlı araşdırmaçı-jurnalist Erika Fatlandın usta qələminin təsvirində oxucu Cənnət adası hesab edilən Oslonun yaxınlığındakı Ütoya adasında baş verən qətliamdan, eyni gündə Osloda Norveç hökümət binalarının partladılmasının detalları, şahid ifadələri, ekspert rəyləri və nəhayət qatilin etirafları ilə tanış olacaqsınız.
comments0
comments