Dünya hələ də yazılmaqda davam edən ən uzun hekayədir... Bir köşkə oyun məqsədilə girən İlham telefondan maraqlı hekayələrə qulaq asır. Sonra ağlına bir "higlə" gəlir: bu hekayələrdən ev tapşırığı üçün istifadə etsin. Dinlədiyi hekayələri "oxudum" deyə təqdim edir. Hətta müəllimini və sinif yoldaşlarını belə bir kitabın varlığına inandırmaq üçün çinli yazıçı adı da uydurur və danışdığı hər hekayədən sonra müəllim ona "100" bal verir. Beləcə, kitab oxumağı heç sevməyən İlhamın ən böyük narahatlığı öz həllini tapmış olur. "Səs yazısı" zənn edib köşkdə hekayələrə qulaq asmağa davam etsə də, zamanla telefondakı səsdə bir sirr olduğunu anlayır. Görəsən, onunla danışan gerçək insan idi, yoxsa adi səs yazısına qulaq asırdı? Uydurduğu Yuan Huan adında çinli yazıçı həqiqətən var idimi? İlhamın fikirləri son hekayəni dinləyənə qədər qatma-qarışıq qalır...
ISBN:
9789952856200
Genre:
Uşaq Ədəbiyyatı
Publishing house:
MİMTA
Binding:
Paperback
Pages::
127
language:
Azerbaijani
Метка:
Ekspress
Weight, gr:
250
Product reviews
No one has left a review yet. Be the first!
Similar products