...Keyt Pirs-Kellerin nənəsi ona qəribə mavi medalyon verib zaman daxilində səyahətdən söz açanda 16 yaşlı qız belə qənaətə gəlir ki, artıq yaşlaşmış qadın ağlını itirib. Lakin keçmişdəki qatil Keytin hazırkı həyatını kökündən məhv edəndə nənəsinin dedikləri dəhşətli bir həqiqətə çevrilir.
Keyt öyrənir ki, bu qətl çox məşum bir şeyin yalnız bir parçasıdır. O, qanında mövcud olan və zamanda səyahət etməyə imkan verən genetik kodundan yararlanaraq əsrlər arasında baş tutmuş təhlükəli siçan-pişik oyununa daxil olur.
Zaman xəttinin dəyişilməsi onun şəxsi itkisi ilə nəticələnir. Əgər Keyt bu işində uğur qazana bilsə, onda sevdiyi oğlan bu fədakar qızın mövcud olduğunu büsbütün unudacaq. Şəxsi səbəbləri bir yana, Keytin ixtiyarı varmı ki, bütün dünyanın taleyini həll etsin?