Son günlər yaşadığı sosial çətinliklər səbəbindən gündəm olan görkəmli yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatın kitabı satış rekordlarını qırdı.

Belə ki yazarın bir neçə il öncə qələmə aldığı "Qızılbaşlar" romanı qısa müddətdə xeyli sayda satılaraq ayın ən çox oxunan kitabı olmağı bacardı!

Qeyd edək ki, böyük maraq görən “Qızılbaşlar” romanı Azərbaycan tarixinin ən qüdrətli siması olan Şah İsmayıl Xətainin və Səfəvilər dövlətinin ən parlaq dövrünün təsvirinə həsr olunmuş ilk böyük nəsr əsəridir.