“Qızılbaşlar” romanı Azərbaycan tarixinin ən qüdrətli siması olan Şah İsmayıl Xətainin və Səfəvilər dövlətinin ən parlaq dövrünün təsvirinə həsr olunmuş ilk böyük nəsr əsəridir. 1960-cı illərin əvvəllərində yazılan bu roman o dövrün məşhur xalq yazıçılarının səyləri nəticəsində yalnız 1983-cü ildə işıq üzü görüb. O vaxtdan Azərbaycan və Türkiyədə bir neçə dəfə nəşr olunan roman ümumxalq məhəbbəti qazanıb.
Ümid edirik ki, məşhur əsərin yeni nəşri bu il 85 yaşı tamam olacaq qocaman yazıçı üçün əsl hədiyyə olacaq.