2024-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatı Daron Acemoğlu, Saymon Conson və Ceyms A. Robinsona verildi. Onlar bu mükafata institutların necə formalaşdığını və cəmiyyətlərin rifahına necə təsir göstərdiyini araşdırdıqlarına görə layiq görüldülər. Xüsusilə, bu iqtisadçılar müasir iqtisadiyyatın və siyasi strukturların inkişafına böyük töhfə verən tədqiqatlarla tanınırlar. Daron Acemoğlu və Ceyms A. Robinsonun birlikdə yazdığı "Millətlər Niyə Tənəzzül Edir" adlı kitabda ölkələrin iqtisadi uğursuzluqlarının əsas səbəblərini araşdıraraq, güclü institutların vacibliyini vurğulayıblar.
Acemoğlu, 1967-ci ildə İstanbulda doğulub və Massachusetts Texnologiya İnstitutunda professor olaraq çalışır. Ceyms Robinson isə hazırda Çikaqo Universitetində dərs deyir və uzun illər Harvard Universitetində çalışıb