Dərs ili yaxınlaşır, bu o deməkdir ki, məktəblilər və onların valideynləri üçün yenidən sual yaranır: məktəb üçün necə çanta seçmək lazımdır?
Bizim Alinino.az onlayn mağazamızda bağçaya gedən uşaqlar, ibtidai sinif şagirdləri, yuxarı sinif şagirdləri üçün minlərlə məktəb çantası, yemək çantası, idman çantası, böyüklər üçün isə biznes və səyahət çantaları var. Seçim edərkən bu çantaların üstünlüklərini nəzərə almaqla çanta seçmək lazımdır.
Məktəb çantaları ilk növbədə praktik, funksional, geniş olmalıdır.
Forma və çəki
Çantanın forması və çəkisi çanta alarkən nəzərə alınacaq ilk meyardır. Düzgün seçilməyən çəki və forma uşaqda bel və onurğa problemlərinə
səbəb ola bilər. Nəzərə alsaq ki, çantanın əsas ağırlığı uşağın onurğa sütununa düşür, yanlış seçim ciddi fəsadlar törədə bilər.
Məktəb çantası uşağın yaşına və boyuna uyğunlaşdırılmalıdır. Ümumi qəbul edilmiş standartlara görə, məktəb çantasının çəkisi uşağın çəkisinin
10%-dən çox olmamalıdır. (Məsələn, ibtidai məktəbdə bir uşağın orta çəkisi 22 kq-dır, ona görə də onların doldurulmuş çantası 2,2 kq-dan çox
olmamalıdır.) Əgər bu çəkini aşmaq məcburiyyətindəyiksə, o zaman çanta seçiminə maksimal ciddi yanaşmaq lazımdır.
Çantanın forması uşağın boyuna uyğunlaşdırılmalıdır: çantanın eni onun çiyinlərinin enindən çox olmamalıdır. Uzunluğu isə uşağın belindən aşağı
olmamalıdır.
Funksionallıq
Tənzimlənən, enli çiyin qayışları və xüsusi yumşaq səthə malik arxası olan bel çantası mükəmməl həlldir. Balaca uşaqlara (xüsusən ibtidai sinif)
çanta seçərkən diqqət edilməlidir ki, çiyin kəmərləri enli olsun. Bu, ağırlığı nisbətən az hiss etməyə şərait yaradır.
Bəzi çantalar yaxşı tutum təmin edən, tarazlıq yaradan və uşağınızın kürəyini mümkün qədər az zədələyən çoxsaylı bölmələrlə təchiz edilmişdir.
Yanlardan olan ciblər çəkini bərabər paylamaqda kömək edir.
Balaca uşaqlar üçün çanta seçərkən ciblərinin, daxili bölmələrinin çox olmasına diqqət edilməlidir. Bu, uşağa məktəb ləvazimatlarını asanlıqla
qruplaşdırıb yerləşdirmək imkanı yaradır. Beləcə, uşaq axtardığı ən kiçik ləvazimatı belə rahatlıqla tapa bilər.
Çantanın yanlarında su qapı üçün əlavə cibin olması önəmlidir. Beləcə, kitab-dəftəri sudan qorumuş və yerə qənaət etmiş olarsınız.
Material
Belinizi zədələməmək üçün möhkəm materiallardan hazırlanmış sərt çanta seçmək lazımdır. Çantanın kürək nahiyəsində xüsusi ortopedik
səthin olmasına diqqət yetirmək lazımdır. Bu səth sayəsində uşağın kürəyi ağrımır, deformasiya olmur. Bəzi xüsusi ortopedik çantaların kürək
hissəsindəki xüusi bərk səth tor ilə örtülmüşdür. Bu, hava axınına xidmət edir və tərləmənin qarşısını alır.
Məktəb çantalarının istehsalında ən çox yayılmış materiallar: polyester, ağır çəkili örtüklü parça (kətan) və dəridir. Material çantanın gücünü,
keyfiyyətini və etibarlılığını müəyyən edir, buna görə də onun seçimi həlledicidir.
• Polyester yüngül materialdır, dəridən daha az davamlıdır, lakin daha qənaətcil, elastik və rahatdır. Polyesterə qulluq etmək çox asandır və əyilmir.
Rahat yuyulur, ləkə saxlamır. Onu bir neçə il rahat istifadə etmək olar.
• Kətan örtüklü parçadan hazırlanmış bel çantaları yuxarı sinif şagirdləri üçün ideal hesab olunur və yüksək davamlıdır.
Polyester kimi, kətan örtüklü parça da dəridən daha ucuzdur.
• Dəri davamlı, yüksək keyfiyyətli materialdır, lakin daha bahalıdır.
Çanta seçimində vacib ipucları
- · Bağça və ibtidai sinif uşaqları üçün çanta seçərkən diqqət yetirmək lazımdır ki, çantanın zəncirbəndi böyük və enli olsun. Bu, zəncirbəndin gec xarab olmasına şərait yaradır.
- · Azyaşlı uşaqlar nazik çiyin bağı olan çantalardan uzaq durmalıdırar. Belə çantalar yuxarı siniflər və böyüklər üçün uyğundur.
- · Yuxarı siniflər və iş məqsədi ilə çanta alanlar USB giriş-çıxış portuna sahib olan çantalar seçsələr, daha faydalı olar.
- · Çanta seçimində xüsusi yapışqanlı (çırt-çırt) çantalardan uzaq qaçın. O yapışqanlar tez xarab olur.
- · Bəzi çantalar dəst halda satışa təqdim edilir: çanta, penal, yemək qabı birlikdə. Belə dəstləri seçmək maddi baxımdan daha sərfəlidir.
- · Çantanın bənd yerlərindəki plasmasların qalınlığı önmlidir. Bu, çantanı da auzunömürlü edir.
- · Uşağın fikrini nəzərə aldığınızdan əmin olun, məsələn, ibtidai məktəbdə uşaqlar sevimli personajlarının təsvirləri olan kürək çantalarına üstünlük verirlər. Orta və orta məktəbdə şagirdlər çantanın gücü və rahatlığını dizayndan üstün tuturlar.