Yeni tədris ilinin başlamasına az müddət qalmış bütün valideynlərin əsas qayğısı baş qaldırır: məktəb çantasını necə seçim ki, uşaq bütün il boyu istifadə edə bilsin?

Bu, sadə sual kimi səslənsə də əslində, həqiqətən də vacib məqamdır. Çünki məktəb çantasının uzun ömürlü olması valideynləri ikiqat xərcə düşməkdən xilas edir. Lakin eyni zamanda diqqət etmək lazımdır ki, məktəb çantası keyfiyyət baxımından da həyacan təbili çalmasın. Unutmayın, yanlış seçilmiş məktəb çantası uşağınızda hətta kəskin onurğa-əzələ problemlərinə belə gətirib çıxara bilər. Bu səbəbdən məktəb sumkası seçərkən əsas tutulan iki şey var:

1.Çanta keyfiyyətli olmalıdır

2.Çanta davamlı və sərfəli qiymətdə olmalıdır.

 

Bu əsas tələblərə cavab verən çantalar arasından seçim etmək isə sizin və övladınızın üzərinə düşür.

 

Məktəb çantası seçərkən uşağın yaş həddi mütləq nəzərə alınmalıdır. Burada həm çantanın həcmi, həm daşınma forması, həm də rəngləri mühüm əhəmiyyət kəsb edir.

Bu səbəbdən məktəb çantaları yaş həddinə uyğun olaraq bölünür:

*Bağça və məktəbəqədər yaş üçün çantalar

*İbtidai sinif üçün çantalar

*Yuxarı siniflər üçün çantalar

*Yeniyetmə və gənclər üçün çantalar

 

0-6 uşaqlar üçün əsasən məktəbəqədər təhsil üçün nəzərdə tutulan çox kiçik ölçülü, asqılı və müxtəlif bəzəkləri olan çantalar münasibdir. Belə çantaların materialı yumşaq olur, cib hissəsi çox olmur, əsasən bir, yaxud iki əsasə hissədən ibarət olur.

   

 

 

6-10 yaş uşaqlar ibtidai təhsil dönəmində olduğundan onlara nisbətən daha böyük çanta lazım olacaq. Nəzərə alsaq ki, hazırda ibtidai sinif uşaqlarının dərs yükü yetəri qədər çoxdur, o zaman çantanı orta böyüklükdə seçmək daha məqsədə uyğundur. Əlvan rənglər uşağın zehnini aktiv saxlayır və əhvalını həmişə pozitivə kökləyir. Ona görə də rəngarəng çantalara üz tutmağınız məsləhətdir. Bu yaş dövründə məktəb sumkası seçərkən ciblərinin, bölmələrinin daha çox olmasına diqqət yetirin. Beləcə, uşağınız məktəb ləvazimatlatını yerləşdirməkdə çətinlik çəkməyəcək və axtardığı hər şeyi daha tez tapa biləcək.

Bu yaş həddi üçün məktəb çantası seçərkən həm asqılı, həm təkərli olan modellərə də müraciət edə bilərsiniz. Bu, uşağınızın yorulmaması və ağır çanta ilə çiyin və onurğa sütununa zərər yetirməməsi baxımından faydalıdır. Belə çantaları balaca uşaqlar özləri belə rahatlıqla daşıya bilirlər.

Məktəb çantasına əlavə olaraq penal və yemək çantası da əlavə edə bilərsiniz. Hətta bəzi modellərin özünə məxsus yemək çantası da var.

   

10 yaşdan yuxarı uşaqlar üçün isə nisbətən böyük həcmli, çoxfunksiyalı çantalar münasibdir. Bəzi məktəb çantaları hətta enerji yığmaq üçün xüsusi USB portla da təchiz edilmişdir. Belə çantalar sizin telefon, qulaqcıq və s.  kimi vasitələrinizi enerji ilə də təmin edə bilir.

   

Yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuş bel çantaları həm iki asqılı, həm də bir asqılı ola bilir.

Bir çox məktəbli uşaq hazırda məktəb çantası, penal və yemək çantasının dəst olması arzusundadır. Əlbəttə ki, çanta istehsalçıları bunu diqqətdən qaçırmayaraq məktəblilər üçün çanta dəstləri də istehsal etməyə başladılar.  Belə dəst çantalar həm dəbli, həm də istifadə baxımından çox rahatdır. 

Yaşından asılı olmayaraq məktəb çantası almaq istəyən hər kəs ilk növbədə çantanın keyfiyyətli və sərfəli qiymətdə olmasına diqqət yetirməlidir.

Bir məktəbli üçün yaxşı keyfiyyətli məktəb çantası ilə yanaşı, idman çantası yemək çantası da vacibdir. Düzgün seçilmiş idman çantası uşağın səyahətlər zamanı da köməyinə çatacaq. Keyfiyyətli yemək çantası isə gün boyu məktəblinin düzgün qidalanması üçün əvəzsiz vasitədir!

Alinino.az saytı Azərbaycanda, Bakıda məktəb çantası axtaranlar üçün olduqca geniş seçim təqdim edir.

Məktəb çantalarını Bakı və Azərbaycanın istənilən yerindən sifariş edərək evdən çıxmadan əldə etmək mümkündür.