Qəhvə içkisi hazırlamaq üçün təbii qəhvə dənələrindən, üyüdülmüş təbii qəhvədən, tez hallanan qəhvə konsentratından və müxtəlif qəhvə içkilərindən istifadə olunur. Qəhvə içkiləri 3 əsas qrupa ayrılır:
- Tərkibində 5-35% təbii qəhvə olan içkilər.
- Kasnı bitkisinin kökü əlavə edilmiş içkilər.
- Tərkibində təbii qəhvə və kasnı bitkisi olmayan içkilər.
Ev şəraitində kofe içkisi hazırlamaq üçün çiy qəhvə dənələri istifadə olunmamalıdır. Ona görə də, qəhvə dənələri əvvəlcə qovrulur, sonra isə elektrik dəyirmanında üyüdülür. Bunun üçün ev şəraitində qəhvə dənələrini tavaya 2-3 sm qalınlığında yayıb tünd qəhvəyi rəng və özünəməxsus ətir kəsb edənə kimi qovururlar. Qovurulduqda qəhvə dənələrinin kütləsi 16-18% azalır, həcmi isə zülali maddələrin şişməsi hesabına artır. Qəhvə dənələri istifadə olunduqca tədricən üyüdülməlidir. Bu zaman daha keyfiyyətli qəhvə içkisi alınır. Qeyd edək ki, hal-hazırda qəhvə tozu üyüdülmüş, hazır qablarda satışa buraxılır.
Təbii qəhvədən şərqsayağı qəhvə, qara qəhvə, süd və ya qaymaqla qəhvə, südlə bişirilmiş qəhvə, qatılaşdırılmış südlə qəhvə və digər içkilər hazırlanır.
Qəhvənin hazırlanma üsulları və növləri:
- Şərq üsulu kofe- cezve (türk) adlandırılan qabda hazırlanır. Hazırlanmasında tez-tez hill, darçın və başqa ədviyyatlardan istifadə olunur.
- Türk qəhvəsi, yalnız Türklər tərəfindən hazırlanan, özünə xas bişirmə və təqdim etmə şəkli olan qəhvə növüdür. Türk qəhvəsi deyilincə ağla ilk gələnlər köpük, telvə (türklər qəhvənin dibində qalan çöküntüyə telve deyirlər), cezve (qəhvədan) və fincandır.
- French Presshazırlanan. Frenç Press xüsusi kolbadır. Adətən şüşə və ya metal termos formasında olur. Hansında ki, ələklə porşen içkini qəhvə çöküntüsündən ayırır.
- Geyzer tipli qəhvədan(həmçinin neopolitan üsulu qəhvə). Geyzer tipli qəhvədanı, və ya moka, üç hissədən ibarətdir: alta su doldurulur, hansı ki, sonradan 1,5 atm təzyiq altında buxara çevrilir. Buxar sonradan yuxarı dar kanal üzrə qalxır və orta hissəyə tökülmüş üyüdülmüş qəhvədən keçir. Yuxarı hissəyə artıq hazır içki qalxır.
- Espresso- xüsusi espresso maşınının köməyi ilə alınır.
- Mırra - Türkiyənin Şanlıurfa bölgəsinə məxsus bir qəhvə növüdür. Bu qəhvə bir neçə dəfə dəmlənərək hazırlanır.
- Mocha (Mokka) - Yəməndə hazırlanan bir kofe növüdür. Bu qəhvə Latte-yə şokolad tozu və şəkər əlavə etməklə hazırlanır.
- Americano (Amerikano) - Amerikano Espressonun üzərinə biraz qaynar su əlavə edərək hazırlanır.
- Doppio (Dopyo) - Amerikanodan daha da sərt olan bir qəhvə növüdür.
- Cappuccino(Kapuçino) - Espressonun üzərinə qaynar süd və süd köpüyü əlavə edərək hazırlanır.
- Latte - Espressonun üzərinə buxarlandırılmış süt əlavə edilir.
- Macchiato ( Makiyato ) - Espressonun üzərinə qatılaşdırılmış süd və süd köpüyü əlavə etməklə hazırlanır. Bəzi barmenlər bu süt köpüyü üzərində müxtəlif rəsmlər çəkə bilirlər.
- Affoqato- dondurmalı qəhvə.