Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Lego constructors

YAŞA GÖRƏ SEÇİM EDİN

   

     

114.30 AZN 127 AZN
Lego konstruktor Ninjago Boulder Blaster
pcs.
215.04 AZN 268.80 AZN
Lego konstruktor Ninjago Fire Stone Mech
pcs.
357.60 AZN 447 AZN
Lego konstruktor Ninjago Destiny's Bounty
pcs.
109.60 AZN 137 AZN
Lego konstruktor Ninjago Kai Fighter
pcs.
141.60 AZN 177 AZN
Lego konstruktor City Family House
pcs.
78.30 AZN 87 AZN
Lego konstruktor City Airshow Jet Transporter
pcs.
51.30 AZN 57 AZN
Lego konstruktor City Race Buggy Transporter
pcs.
45.60 AZN 57 AZN
Lego konstruktor City Tractor 6
pcs.
45.60 AZN 57 AZN
Lego konstruktor City Fire Ladder Truck
pcs.
25.29 AZN 28.10 AZN
Lego konstruktor City Fire Hazard Truck
pcs.
51.30 AZN 57 AZN
Lego konstruktor City Police Prisoner Transport
pcs.
24.03 AZN 26.70 AZN
Lego konstruktor City Police Helicopter
pcs.
24.84 AZN 27.60 AZN
Lego konstruktor Technic Race Plane
pcs.
24.03 AZN 26.70 AZN
Lego konstruktor Technic Skid Steer Loader
pcs.
65.70 AZN 73 AZN
Lego konstruktor Creator Space Mining Mech
pcs.
45.60 AZN 57 AZN
Lego konstruktor Creator Superbike
pcs.
65.70 AZN 73 AZN
Lego konstruktor Creator Race Car Transporter
pcs.
87.30 AZN 97 AZN
Lego konstruktor Minecraft The Warped Forest
pcs.
24.03 AZN 26.70 AZN
Lego konstruktor City Roadwork Truck
pcs.
109.60 AZN 137 AZN
Lego konstruktor Disney Cinderella#s Royal Carriage
pcs.
134.37 AZN 149.30 AZN
Lego konstruktor Disney Aurora's Forest Cottage
pcs.
63 AZN 70 AZN
Lego konstruktor Disney Belle's Storybook Adventures
pcs.
437.60 AZN 547 AZN
Lego konstruktor Technic Off-Road Buggy
pcs.
60.12 AZN 66.80 AZN
Lego konstruktor Technic Monster Jam® Max-D®
pcs.
80.82 AZN 89.80 AZN
Lego konstruktor Friends Vet Clinic Ambulance
pcs.
241.92 AZN 268.80 AZN
Lego konstruktor Friends Heartlake City Airplane
pcs.
196.64 AZN 245.80 AZN
Lego konstruktor Duplo Barn, Tractor & Farm Animal Care
pcs.
69.60 AZN 87 AZN
Lego konstruktor Duplo Mickey & Minnie Birthday Train
pcs.
200.70 AZN 223 AZN
Lego konstruktor Duplo Wrecking Ball Demolition
pcs.
319.28 AZN 399.10 AZN
Lego konstruktor Duplo World Animals
pcs.
432.81 AZN 480.90 AZN
Lego konstruktor City PASSENGER TRAIN 60197
pcs.
116.10 AZN 129 AZN
Lego konstruktor Friends "Соревнования по конкуру"
pcs.
214.74 AZN 238.60 AZN
Lego konstruktor Harry Potter Hagrids Hut Buckbeak's Rescue
pcs.
56.70 AZN 63 AZN
Lego konstruktor Minions Unstoppable Bike Chase
pcs.
133.60 AZN 167 AZN
Lego konstruktor Ninjago Zanes Mino Creature
pcs.
137.88 AZN 153.20 AZN
Lego konstruktor Ninjago Tuner Car
pcs.
77.60 AZN 97 AZN
Lego konstruktor Ninjago Storm Fighter Battle
pcs.
24.03 AZN 26.70 AZN
Lego konstruktor Ninjago Jungle Raider
pcs.
77.60 AZN 97 AZN
Lego konstruktor City Air Race
pcs.
30.78 AZN 34.20 AZN
Lego konstruktor City Forest Fire
pcs.
Страница:

Lego 1940-cı illərin sonundan Danimarkada istehsal olunan konstruktor oyuncağıdır. Əvvəlcə taxta hissələrdən hazırlanan legolar indi plastik hissələrdən hazırlanır. Lego bir-birinə bağlı, müxtəlif rəngli parçaların hər birinin adıdır. Bu rəngli və yığıla bilən parçalar daha böyük strukturlar yaratmaq üçün istifadə olunur.

Azərbaycanda Lego-nun rəsmi distributoru "Əli və Nino" mağazalar şəbəkəsidir. 

 

Lego konstruktorlar hansı yaş qrupuna uyğundur?

Leqo ilk dövrlərində 7-16 yaş aralığını hədəf alırdısa, bu gün Lego Duplo artıq 0-5 yaş arası uşaqları da əhatə edir. Müasir texnologiya sayəsində rəqəmsal dizayn üsulu ilə istehsal edilən legolar üçün heç bir yaş məhdudiyyətinin olmadığını deyə bilərik. Lego uşaqlarımıza müstəqil parçalar təklif edir və onları yaradıcılıqları ilə baş-başa buraxır. Uşaqlar lego parçaları vasitəsilə təxəyyüllərini üzə çıxarmaq üçün sərhədsiz imkanlar əldə edirlər.  Lego konstruksiya oyuncağı olduğu üçün uşaqların ölçü və məkan qavrayışını da inkişaf etdirir. Leqo ilə oynayan uşaq tikdiyi evin və ya avtomobilin tarazlığını, hissələrin harmoniyasını və ölçülərini yoxlayır. Uşaq parçalar arasında tarazlığı tapa bilmədikdə, problemi kəşf edib düzəldir və tarazlığa nəzarəti təmin edirlər. Bu proseslərlə uşağın təhlil qabiliyyəti də inkişaf edir. 0-3 yaş qrupunu nəzərə alsaq, parçaları bir araya gətirmək vəzifəsi əl-əzələ-göz koordinasiyası üçün əhəmiyyətli bir fərq yaradır. Kiçik hissələrlə hərəkət edən uşaqların incə motor bacarıqları da inkişaf edir. Bu yaş qrupunda rəngli lego parçaları var. Onlar həm də uşaqların rəngləri tanıması, fərqləndirməsi və adlandırması üçün mühüm vasitədir. Leqolar bütün yaş qruplarına müraciət etdiyi üçün ailələrin uşaqları ilə səmərəli vaxt keçirmələri üçün də bir vasitədir. Bu, uşaq-valideyn münasibətlərində etibarlı bağlılığın bir hissəsini təşkil edə bilər. Bütün bu müsbət təsirlərə görə lego illərdir oyuncaq sənayesinin vazkeçilməzlərindən biri olmuşdur. Lego konstruktorlarının diqqətəlayiq cəhətlərindən biri də odur ki, bu parçalar vasitəsilə siz hətta öz təxəyyülünüzə əsaslanan yeni, tamamilə fərqli modellər də yarada bilərsiniz. Dünyada bu addımı atmış xeyli insan vardır.   

 

 Leqo haqqında bilmədiklərimiz;

1. Leqonun adı Danimarka Leg Godt sözlərindən gəlir. Azərbaycanca mənası yaxşı oyunlar deməkdir.

2. İlk lego oyuncağı taxta ördək kimi hazırlanmışdır.

3. Ən böyük və ən müxtəlif lego bazarına malik ölkə Almaniyadır.

4. 1950-ci illərdə istehsal edilən lego parçası bugünkü legolarla uyğun gəlir.

5. Lego tərəfindən istehsal olunan fiqurlarda kiçik bir dəlik var və bu, ehtiyatsızlıqdan fiquru udan uşağın nəfəs alması üçün nəzərdə tutulub.

6. 2000-ci ildə Lego əsrin oyuncağı seçildi.  

 

Leqo konstruktorlar hissə sayları və çətinlik səviyyələri baxımından müxtəlif yaş qruplarına ayrılır. Hər bir seriyanın fərqli adı vardır. Hər bir leqo konstruktorunun fərdi model kodu var. Leqolar məhz model kodları ilə seçilir. Qutunun üzərində leqonun yaş həddi, model kodu və içindəki hissə sayı qeyd olunur.  

 

Leqonun hansı növləri var?

1)  Lego Duplo - ən balacalar üçün nəzərdə tutulmuşdur. Yaş həddi 0-5 yaş. Detallar iri və parlaq rənglərdə olur.

 

 

2)  Lego Classic – 4 yaşdan 99 yaşa qədər həm uşaqlara, həm də böyüklərə müxtəlif strukturlar qurmağa imkan verir. Hissə sayları 55-dən 1500-dək ola bilir.

 

 

3) Lego City - əsas mövzusu şəhərlərdir. Yaş həddi 5+ yaş. Lego City seriyasına qatar, təyyarə, gəmi, yanğınsöndürən, polis, sahil mühafizəsi, tikinti, ferma kimi bir çox mövzular daxildir.

 

 

4) Lego Technic - əsasən nəqliyyat və tikinti avadanlıqlarından ibarət seriyadır. Yaş həddi 5 – 12+ yaş. Bu seriya buldozer, kran, yük maşını, traktor, motosiklet və s. bir çox texnikanı əhatə edir. Bəzi modellərdə motor var, beləliklə hissələri motorla hərəkət etdirmək olar.

 

 

5)  Lego Creator – müxtəlif abidələr, külək dəyirmanı, müxtəlif heyvanlar, gəmi və s. kimi fərqli fiqurları özündə birləşdirən seriyadır. Yaş həddi 6+ yaş. 

 

 

6) Lego Minecraft – məşhur oyun Minecraftın konstruktor formasıdır. Oyundakı bütün personajlar və macəralar bu seriyada yer alır. Yaş həddi 6+ yaş.

 

 

7) Lego Disney– uşaqların nağıl qəhramanlarından ibarət seriyadır. Yaş həddi 4+ yaş

 

 

 

8) Lego Friends - Şirkətin çoxdan istifadəyə verdiyi və  4-12 yaş arası uşaqlara uyğun fərqli mövzu konseptidir. Bu seriyada dostların müxtəlif macəraları yer alır.

 

 

9) Lego Ninjago – məşhur oyun seriyasının əsasında yaradılmışdır. Personaj və macəralar oyundakı ilə eynidir. Yaş həddi 4-14 yaş.

 

 

 

10) Lego Harry Potter – Məşhur film və kitab olan Harri Potter seriyası və onun macəralarına əsasın yaradılmışdır. Personaj və macəralar kitabdakı ilə eynidir. Yaş həddi 7-99 yaş.

 

Bu seriyalar Legonun bütün seriyaları deyil. Bunlardan əlavə Leqo konstruktorların məşhur seriyalarından Lego Star Wars, Lego Speed, Lego Marvel, Super Mario, Betmen və s. kimi növləri də vardır.

 

 

Hazırladı: Lalə Rəhmanova