Amerikan yazıçısı Con Qrin uşaq və yeniyetmələrin həyatından bəhs edən gözəl romanlar müəllifidir. O, müxtəlif nəşrlər üçün resenziyalar yazır, jurnallarda, radioda əməkdaşlıq edir. Yazıçının 2008-ci ildə bestseller siyahısında ilk yerlərdən birini tutan “Kağız şəhərlər” romanı Azərbaycan dilinə də tərcümə olunub, bizim oxuculara yaxşı tanışdır.
“Alaskanın axtarışında” yazıçının ilk romanıdır. Əsərin qəhrəmanı məşhur insanların ölümqabağı dediyi son sözlərini əzbərləməyi sevən on dörd-on beş yaşlı Maylz Halterdir. O, yeknəsəq həyatdan bezib. Öyrənir ki, məşhur fransız yazıçısı Fransua Rablenin son sözləri “Böyük bəlkə”ni axtarmağa gedirəm” olub, o da “Böyük bəlkə”ni axtarmaq üçün Kalver-Krik pansionunda oxumağa gedir. Orada Alaska, Takumi, Çip və Larayla tanış olur, dostlaşır. Hər şey normal gedərkən bir gün çox pis bir hadisə baş verir. Kitab iki hissədən ibarətdir. Həmin bu hadisədən əvvəl və sonra baş verənlər.
ISBN:
9789952364224
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Hard cover
Author:
Con Qrin
Pages::
300
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 8
Tərcümə çox keyfiyyətlidir, müəllifin orijinal ruhunu tamamilə hiss etmək mümkündür. Sanki əsli ilə oxuyuram.
Oxumaqdan böyük zövq aldığım əsərlərdən biridir.
Maraqlı əsərdir, sevərək oxudum.
Əsəri oxuduqca həyatdan yeni bir şey öyrəndim. Hər kəsin oxuması lazım olan bir kitabdır.
Con Qrinin ən sevdiyim romanlarından biridir
Sevgi romanlarının müdavimi kimi, bu kitabı da həyəcanla oxudum. Hər bir səhifədə, qahramanların hissləri məni özəl bir dünyaya götürdü. Təsəvvür edin ki, hər şey mümkündür və sevgi hər şeyi qaytara bilər.
Sifarişim sürətli çatdırıldı və kuryer çox hörmətlidir. Təşəkkürlər!
Mən təkəbəyəm. Gəncədə oxuyuram. Burada kitab seçimi bir o qədər çox deyil. Ona görə həmişə sizin saytınızdan sifariş edirəm. Onlayn alış-verişimə baxmayaraq mən ən yaxşı xidməti əldə edirəm və çox rahatlıqla sifariş edirəm.
Similar products
Frequently bought together