Cart is empty

Altıncı yuxu

Publishing house: Teas press
Author: Bernar Verber
Free delivery in Baku
ISBN: 9789952515275
Yuxu keçmişinizdəki və gələcəyinizdəki özünüzlə ünsiyyətə girməyə imkan yaradır. Şüursuzluğunuzun qapılarını sizin üzünüzə açır. Sizi öz şəxsiyyətinizlə üz-üzə qoyur. Burada real dünyanın fiziki qanunları işləmir, burada zaman bir xətt üzrə inkişaf etmir. Məhz buna görə də Bernar Verberin "Altıncı yuxu" romanı bu sualla başlayır: "Yaxşı yatırsınız?" Fransız yazıçısı Bernar Verber "Altıncı yuxu" romanında oxucunu yuxu dünyasına macəra dolu düşündürücü, maarifləndirici səyahətə, insan beynini qarış-qarış gəzməyə dəvət edir. Əsərin 28 yaşlı qəhrəmanı Jak Klayn yuxuda gələcəkdəki 48 yaşlı Jak Klaynla görüşür. Bütün əhvalatlar da elə bundan sonra başlayır. Jak Klayn insan həyatının hələ nəzarət altına alınmamış tərəfinə - yuxular, təxəyyüllər dünyasına nüfuz edərək, anasını, eyni zamanda bəşəriyyəti xilas etmək istəyir. Gerçək dünya ilə yuxu dünyası arasındakı sərhəddi aşmaq... "Çünki sistemin necə təşkil olunduğunu başa düşmək üçün o sistemdən mütləq kənara çıxmalısan" - deyir yazıçı. İndi isə... Təsəvvür edin ki, siz 20 il keçmişə qayıda və yuxuda gəncliyinizlə, 20 il əvvəlki özünüzlə görüşə bilərsiniz. Ona nə deyərdiniz?
Article: 9789952515275
Genre: Fantastika
Publishing house: Teas press
Binding: Paperback
Author: Bernar Verber

comments0

comments

One click buying (only for orders in Baku)