Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart

Şölənin sevimli kitabları

Hamıya, salam. 

Kitablar daşına bilən kiçik sehrli dünyalardır.Kitablara və fikirlərə aşiq biri nəinki kitab oxuyur, hər sətiri hiss edərək yaşamış olur. Məqsədim hər sətrini hiss edə biləcəyiniz, sizə fərqli kainatların qapılarını açacaq eyni zamanda sizi ruhunuzun dərinliklərinə baxmağa sövq edəcək kitablar tövsiyə etməkdir. 
Hiss edərək oxumanız diləyi ilə, xoş mütaliələr.🌸

 

Solaris-Stanislaw-Lem-kd.jpg

Stanislaw Lem-Solaris
Niyə bilmirəm amma əsəri əlimə aldığım ilk andan beynimdə “İnterstellar” filminin musiqisi səslənirdi. Yazar əsərdə Solarisi elə təsvir edirdi ki,bir anlıq özümü orda hiss etmirdim deyil.Fəlsəfədən tut elm və dinə qədər bir çox mövzuya toxunulur.Bu əsəri mütləq şəkildə oxunacaqlar siyahınıza əlavə edin. Əsərin filmi də var, 1972ci ildə Tarkovsky’nin yönetmenliyi ilə çəkilib, filmi də dəyərləndirə bilərsiniz.

 

Franz Kafka - Dönüşüm

Kafka ilə empatiya qura biləcəyiniz ən möhtəşəm əsəridir.Əsərdə Qreqor Samsa bir səhər oyanıb özünü böcəyə çevrilmiş görür.Əsər,cəmiyyətin standartlarına uyğunlaşa bilməyənlərin yalnızlığa və təcrid olunmağa məhkum olduğunu vurğulayır.Kafka’nın atası ilə olan problemləri də Qreqor Samsa’nın atasının simasında tez-tez gözə çarpır.

 

Fyodor Dostoyevski - Cinayət və Cəza

Əsərin baş personajı Raskolnikov bir cinayət işləyir və bundan sonra onun daxili iztirabları,vicdanı ilə hesablaşması başlayır. “Bir nəfəri öldürən qatil,minlərlə insanı öldürən qəhrəman olur.” Raskolnikov özü ilə hesablaşmasının sonunda ya qatil ya qəhrəman olacaq..

 

Stendal - Qırmızı və Qara

Jülyen Sorel yüksəlmək,seçilən şəxsiyyətlərdən olmaq üçün hər şeyi gözə ala biləcək biridir. Özünə Napoleonu örnək götürür və ona görə sonda məqsədə çatacaqsansa,məqsədə gedən yolda nə etdiyinin önəmi yoxdur. Bir insanın mənfəət uğruna necə olmadığı saxta biri kimi davrana biləcəyinin ən möhtəşəm örnəklərindəndir bu əsər.

 

Anton Çehov-Kara Keşiş

Fərqli fikirləri olan birinin cəmiyyət,ətrafdaki yaxınları tərəfindən necə xəstə bir insan kimi qələmə verilə biləcəyinin nümunəsi olan möhtəşəm bir əsər. Anton Çexov’un fəlsəfi fikirlərini sevənlər bu əsəri mütləq oxumalıdır.

 

Jack London-Vahşetin çağrısı

Əsl potensialınızı öyrənmək istəyirsinizsə komfort zonanızdan kənara çıxın. Əsəri oxuyarkən bu cümlənin əsərə necə uyğunlaşdığının fərqinə varacaqsınız.Əslində it olduğunu bilməsək Buck’ın hekayəsinin,dözülməz əziyyətlərə məruz qalmış bir insanın hekayəsi olduğunu düşünərik. Buck’ın qarşılaşdığı çətinliklərin üstəsindən necə əzmlə gəldiyini oxuduqca ona heyranlıq duymamaq əldə deyil.

 

JeanPaul Sartre - Bulantı

Kitab gündəlik formasında yazılıb.Əsərin qəhrəmanı Roquentin’in dünyaya və özünə,öz bədəninə qarşı duyduğu ikrah hissi onun dilindən bizə çatdırılır. Bu ikrah hissini o “bulantı” adlandırır.Oxuduğum ən qaranlıq və depressiv ab-havası olan əsərlərdəndir.Oxuduqca insan öz varoluşunu da sorğulamağa başlayır.

 

Bernar Verber-Altıncı yuxu

Əsər elmi-fantastik janrda yazılıb.Kitabın süjet xəttindən qısaca bəhs etsək,yuxunun dərin qatlarının kəşf olunması mövzusunu əhatə edir.Baş personaj Jak Klayn bir gün yuxuda gələcəkdəki özünü görür və əsas hadisələr bundan sonra formalaşmağa başlayır.Eyni zamanda Jack birdən-birə ortadan müəmmalı şəkildə yoxa çıxmış anası Karolin Klaynı tapmalıdır.Kitab yuxu dünyasının sirləri,şüurlu yuxu,yuxunun qatları,paradoksal yuxu və yuxunun kəşf olunmamış mərhələsi “altıncı yuxu” mövzularını əhatə edir və bir çox maraqlı məlumatları özündə əks etdirir.Elmi-fantastika sevərlərin bəyənəcəyi bir kitabdır deyə düşünürəm.

 

Jose Saramago-Korluq

Antiütopik janrda yazılmış bu əsərdə, birdən-birə yayılan epidemiyanın yaratdığı panika və qorxu nəticəsində cəmiyyətdə əxlaqi dəyərlərin çökməsi mövzusuna mükəmməl şəkildə toxunulur. Əsərdə personajların heç birinin adı yoxdur ancaq hər birinin xarakteristik özəllikləri detallı şəkildə bizə çatdırılır. Əsərdən ən sevdiyim alıntı isə həkim və yoldaşının dialoqundan idi:
“-Sənə nə düşündüyümü deyim? Məncə biz kor olmadıq,biz onsuzda kor idik.
-Görən korlar?
-Görə bildiyi halda görməyən korlar.”

 

Stefan Zweig-Olağanüstü bir gece

Həyatının bir gecəsi insan ömrünün tamamından daha möhtəşəm ola bilərmi? Bütün həyatını sıradan yaşayan biri,bir gecədə ruhunun həqiqətdə nə istədiyini kəşf edib bütün ömrü boyu olmadığı qədər xoşbəxt ola bilərmi? Zweig’in ən möhtəşəm əsəridir deyə bilərəm.Oxuduqca insanın ruhunun istəklərini duymağa,həqiqətdə necə xoşbəxt hiss edəcəyini kəşf etməyə sövq edir..

Products mentioned in the article
2.80 AZN 3.50 AZN
Dönüşüm
pcs.
2.80 AZN 3.50 AZN
Dönüşüm
pcs.
9.52 AZN 11.90 AZN
Cinayət və cəza
pcs.
9.52 AZN 11.90 AZN
Cinayət və cəza
pcs.
9.28 AZN 11.60 AZN
Qırmızı və Qara
pcs.
9.28 AZN 11.60 AZN
Qırmızı və Qara
pcs.
2.48 AZN 3.10 AZN
Kara Kesiş - Modern Klasikler 155
pcs.
2.48 AZN 3.10 AZN
Kara Kesiş - Modern Klasikler 155
pcs.
2.24 AZN 2.80 AZN
Vahşetin Çağrısı
pcs.
2.24 AZN 2.80 AZN
Vahşetin Çağrısı
pcs.
12.96 AZN 16.20 AZN
Bulantı
pcs.
12.96 AZN 16.20 AZN
Bulantı
pcs.
9.52 AZN 11.20 AZN
Altıncı yuxu
pcs.
9.52 AZN 11.20 AZN
Altıncı yuxu
pcs.
9.59 AZN 11.99 AZN
Korluq
pcs.
9.59 AZN 11.99 AZN
Korluq
pcs.
1.84 AZN 2.30 AZN
Olağanüstü Bir Gece
pcs.
1.84 AZN 2.30 AZN
Olağanüstü Bir Gece
pcs.