Bu kitaba rus ədəbiyyatının görkəmli nümayəndələrindən biri sayılan Aleksey Qorkinin məşhur “Ana” romanı daxil edilmişdir. Dünyanın bir çox dillərinə tərcümə olunmuş bu əsər, sinfi mübarizə tarixinə misilsiz xidmət göstərmiş, yeni pafos, yeni ruh, yeni nəfəs gətirmişdir.
Pros:
Mirzə İbrahimovun "Gələcək gün" romanını oxuyarkən bu əsərdən ilham aldığını görüb, "bu kitabı mütləq almalıyam" dedim.
Review text:
Rusiyada baş qaldıran sosialist hərəkatının mübarizə illərində yazılan bu əsər insanda cəmiyyət haqqında düşünməyə və addım atmağa vadar edir. 1900-cu illərdə təkcə Rusiyada deyil, bütün dünyada, Azərbaycanda da fəhlə və kəndlilərin vəziyyəti bu şəkildə idi. Əsərdə dialoqlar çox ustalıqla qurulub. Əksəriyyəti də insanı dərin düşüncələrə sövq edir. Ən əsası yazar "Ana sevgisi"ni mükəmməl şəkildə çatdırır. "Ana" həm övladı ilə qürur duyur, həm də qorxur. Ananın olduğu səhnələrdə insan öz anasını əsərdə görür. Həm tarixi proseslərin və ictimai vəziyyətin, həm də Ana sevgisinin təsviri məndə bu əsərə qarşı çox fərqli simpatiya yaratdı.