Bir manat insanı varlandıra bilərmi? Deyəcəksiniz ki, əlbəttə yox. Bəs daha birini əlavə etsək? Daha birini? Daha birini? Hansısa məqamda kəmiyyət keyfiyyətə keçəcək. İndi təsəvvür edin ki, cüzi bir dəyişiklik həyatınızı tamamilə dəyişir. Fantastik səslənir! Amma manat məsələsindəki kimi, mürəkkəb faiz təsiri işə düşür. Nəhayət, budur, kiçik, amma müntəzəm bir hərəkət böyük nəticələrə gətirib çıxarıb. Atomik vərdişlər içində nəhəng gücün gizləndiyi kiçik dəyişikliklərdir! Siz çoxdan dəyişmək istəyirsiniz, amma alınmır. Kədərlənməyin! Günahkar siz deyilsiniz, sistemdir.
Ceyms Klir vərdişlər, motivasiya və iradə gücü haqqında mifləri ləğv edir. Elmi məlumatlar, tədqiqat nəticələri, şəxsi və uğurlu insanların təcrübəsinə söykənərək yaxşı vərdişləri qaçılmaz, pisləri isə qeyri-mümkün etməyin yollarını sadə və başa düşülən dildə izah edir.
ISBN:
2000923376051
Genre:
Psixologiya
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
James Clear
Pages::
264
language:
Azerbaijani
Метка:
Bestseller, Ekspress
Product reviews 18
Məmmədova Sona
01.11.2024 в 10:33
Həm praktiki, həm də nəzəri cəhətdən zəngindir. Daxili sülhə çatmaq üçün oxunmalı bir əsərdir.
Sənubər 🌟
31.07.2024 в 11:02
Bu kitab mənim şəxsi inkişafıma böyük təsir etdi. Çoxlu yeni məlumatlar öyrəndim, yeni vərdişlər əldə etdim, onları həyatımda tətbiq etdikcə çox faydasını gördüm. Sadəcə superdir 👍👍👍.
İlqar
20.06.2024 в 09:00
Müəllifin tövsiyələri çox faydalıdır. Qazandığım yeni vərdişlər, həyatımı müsbət yönə dəyişdi.
İradə H.
16.06.2024 в 13:45
Özümə olan inamımı artırdı. Kitabın verdiyi təlimatlar həyatımı daha xoşbəxt və mənalı etdi.
Fira
07.06.2024 в 15:14
Oxuduqdan sonra məqsədlərimə necə çatmaq lazım olduğunu daha yaxşı anladım. Tövsiyələri çox faydalı oldu.
Mehri
12.12.2023 в 15:54
Çox faydalı kitabdır. Kiçik vərdişlərin əslində nə qədər önəmli olduğunu anlatmağa çalışır. Sadə və anlaşıqlı dildə yazılmasını daha çox sevdim.
Vəsilə
06.12.2023 в 15:02
Bu, şəxsi inkişafa və vərdiş dəyişikliyinə diqqət yetirən, kiçik dəyişikliklərin böyük nəticələr verə biləcəyi fikrini vurğulayan təsirli bir mənbədir. Clear elmi əsaslı yanaşması ilə kiçik addımların yığıldıqca necə böyük və qalıcı dəyişikliklərə səbəb ola biləcəyini aydın şəkildə izah edir. Bu kitab oxuculara məqsədlərinə çatmaq və vərdişlərini yaxşılığa doğru dəyişmək üçün konkret strategiyalar və ruhlandırıcı nümunələr təqdim edir.
Minayə
05.12.2023 в 22:56
Mən çox faydasını gördüm, sizə də tövsiyə edirəm.
Salman
10.10.2023 в 20:48
Çox bəyəndim
İlkin
05.10.2023 в 17:40
Çox əla xidmət və kitab.
Elxan
20.09.2023 в 11:42
Düzü əvvəl tərəddüd edirdim almağa, amma dostumda məsləhət gördü ki oxuyum. Həqiqətən mükəmməl kitabdır. Sadə və axıcı dildə yazılıb. Yaxşı ki, oxumuşam, çox faydasını görürəm. Hər kəsə tövsiyə edirəm.
Leyla
30.08.2023 в 14:21
Özünüzü inkişaf etdirmək istəyirsinizsə, bu kitab çox məsləhətlidir. Mütləq oxuyun.
Kitab vərdişlərdən bəhs edir. Yaxşı vərdişləri necə əldə etmək, pis vərdişlərdən necə qurtulmağın yollarını öyrədir.
Həmidağa
08.05.2023 в 18:42
Hamıya oxumasını məsləhət görürəm.
Seymur
21.04.2023 в 09:02
Normal kitabdir. Amma qiymeti deyerinden 2defe bahadi.
Sjsjs
28.03.2023 в 08:48
Salam neçe yaş uzeri uçun uyğundur deye bilersiz
Nəzrin Nəcəfli
01.03.2023 в 09:39
Həyatdakı ən kiçik detalların belə necə böyük nəticələrə gətirib çıxardığını göstərən möhtəşəm bir kitabdır.
Nurlan
11.02.2023 в 22:12
Kiçik addımlarla böyük dəyişiklik əldə etmək istəyirsinizsə bu kitab mütləq kitabxananızda olmalıdır.
Agasef
13.01.2023 в 16:42
Atomik Vərdişlər sizə sağlam vərdişlərin yiyələnməsində kömək edəcək maraqlı kitabdır. Kitab Çox axıcıdır.