Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−5%

Avropa Şurası ikar uçuş qaydalarına əməl edəndə

Publishing house: Qanun Nəşriyyatı
SKU: 9789952608458
Sold less than 20 times
Unit of measurement: pcs.
9.50 AZN
10 AZN
Savings 0.50 AZN
Special online price
In stock

Bu kitabda müəllif, Avropa Şurasının siyasi motivli həbslərdən qorunma üçün təklif elədiyi vasitələrin etibarlılığına öz təcrübəsi əsasında qiymət verir. İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) partiyasının qurucularından biridir. O, 2013–2018-ci illərdə beş il yarım həbsdə keçirsə də, Avropa İnsan Haqları Məhkəməsində misli görünməmiş qələbəsindən sonra 2020-ci ildə Azərbaycan Ali Məhkəməsi ona tam bəraət vermişdir. İlk dəfə 2024-cü ilin may ayında ingilis dilində nəşr olunan bu kitab, 2024-cü ilin noyabrında rus dilinə tərcümədə də işıq üzü görmüşdür.

 

ISBN:
9789952608458
Genre:
Tarix
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
İlqar Məmmədov
Pages::
96
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 3
IQ
isi qafarov
10.04.2026 в 23:20

Kitabın adı qəribə gəldi, çünkü anladığım qədərilə, İlqar bəy İkarusun hekayəsindən hamımızın çıxardığı "hündür uçma" əvəzinə "qanadı vaksla yapışdırma" dərsini çıxarıb. Oxumazdan əvvəl təxminən bilirdim ki, bu insanın mübarizəsi tükənmir, inanılmaz çətinliklər və təzyiq qarşısında missiyası zərgər dəqiqliyində təzələnir. Kitabı məhz bu mübarizə ruhu ilə yaxından tanış olmaq üçün aldım və daha artığını qazandım. İlqar bəyin REAL partiyasına məncə ən böyük təsiri olan punk-rock siyasətçi imici bu kitabda da öz əksini tapıb və adətən sadəcə illərin keçməsilə belə aşınan bu imicin mübarizədən cızıqsız çıxdığı görülür. Yəni, İlqar bəy həmişəki kimi mesajının emosionallığını, səthi cəhətlərdən inandırıcılığını, provokativliyini özünə tapşırıq bilmir, mesajının aydınlığına, gerçəkliyinə, məntiqinə və ən əsası, oxucunun/dinləyicinin tərəzisinə arxalanır. Bununla belə, kitabın çox səlis proza stili var, hekayələr və haşiyələr effektivdir və bədii, yumorik vasitələrdən uğurla istifadə olunub. Kitabda 2-3 məzəli anekdot/zarafat var hansılar ki, repertuarıma daxil oldu. Heminqvey cəsarəti "təzyiq altında ərdəm" deyə tərif edir. Bu kitab da, ən yaxşı kitablar, kinolar kimi, "təzyiq altında ərdəm" haqqındadır, amma bunu İlqar bəydən heç vaxt eşitməyəcəksiniz.
İlqar bəyin kitabda adı keçməyən övladı deyilsinizsə, almağı məsləhət görürəm.

AA
Arzu Abdullayeva evs
11.03.2026 в 16:58

Cons:
Mən yerləşdirfiyim mətndə tehniki səhv gedib. Qanun nəşriyyatı və Əli və Nino mağazaları şəbəkəsinə təşəkkürümü bildirmək istəyirdim.

Review text:
Mətni bəzi düzəlişlər ılə yenidən yerləştirırəm. İlqar bəy, kitabının çıxması münasibətilə səni ürəkdən təbrik edirəm! O illərdə səni müdafiə edənlərdən biri olmaq mənim üçün həm şərəf, həm də məsuliyyət idi. Bu əsər təkcə şəxsi hekayənin deyil, həm də hüquq və ədalət uğrunda aparılan mübarizənin beynəlxalq miqyasda mühüm presedentə çevrilməsinin sənədidir. Sizin işiniz Avropa İnsan Haqları Məhkəməsi tarixində nadir qərarlardan biri kimi yadda qaldı və hüququn üstünlüyünün vacibliyini bir daha göstərdi. Təcrübəni kitab halında bölüşdüyün üçün təşəkkür edirəm. Oxucularınız geniş olsun! Rus və ingilis dillərində də çox sevilsin. Daha çox uğurlar! Qanun nəşriyyatına və Əli və Nino şəbəkəsinə çoxlu təşəkkürlər!

AA
Arzu Abdullayeva
11.03.2026 в 13:58

İlqar bəy, kitabınızın nəşri münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu iş təkcə şəxsi taleyinizin deyil, həm də hüquq və ədalət uğrunda aparılan mübarizənin mühüm presedentə çevrilmiş bir hekayəsidir. O illərdə sizi müdafiə edənlərdən biri olmaq mənim üçün həm məsuliyyət, həm də şərəf idi. Kitabı nəşr etdirdiyi üçün [İSAD–İnformasiya və Təhsil Nəşriyyatı]-na da təşəkkür edirəm. Kitabınıza geniş oxucu auditoriyası arzulayıram.

5 / 5
5 stars 3 4 stars 0 3 stars 0 2 stars 0 1 star 0 No rating 0
Similar products
12.26 AZN 12.90 AZN
Professor və xidmətçi
pcs.
10.36 AZN 10.90 AZN
Cəhalət ehtirası
pcs.
6.56 AZN 6.90 AZN
Yaxşı ki oğlanam
pcs.
6.56 AZN 6.90 AZN
Yaxşı ki qızam
pcs.
10.36 AZN 10.90 AZN
Herion və Gizli Güc
pcs.
9.03 AZN 9.50 AZN
Bir ürəyin hekayəsi
pcs.
9.03 AZN 9.50 AZN
Bizdə qadın əlləri yazmaq üçün deyildi
pcs.
9.50 AZN 10 AZN
Tantra III nəşr
pcs.
11.40 AZN 12 AZN
İspan dilinin qrammatikası
pcs.
23.75 AZN 25 AZN
100 sualda innovasiya
pcs.
34 AZN 40 AZN
Qarabağın memarlıq irsi
pcs.
12.80 AZN 16 AZN
Hilal görünəndə
pcs.
2.17 AZN 2.55 AZN
Rəngləmə kitabı Kuromi
pcs.
6.65 AZN 7 AZN
Prometey əsatiri III nəşr
pcs.
12.35 AZN 13 AZN
Beşrəngli ev
pcs.
9.50 AZN 10 AZN
Yeddinci səyahət
pcs.
11.40 AZN 12 AZN
Öz və özgə
pcs.
9.50 AZN 10 AZN
Büllur saray
pcs.
12.35 AZN 13 AZN
Səkkiz
pcs.
6.65 AZN 7 AZN
Qoca və dəniz
pcs.