Rusiyada azərbaycanlı ailəsində böyüyən bu gənc qadın üçün bədəninə dair qərarları həmişə başqaları verir: necə geyinməli, necə davranmalı, nə vaxt susmalı, kimə ərə getməli… Onun üçün həm ailədən kənarda "yad" olaraq damğalandığı dünyada, həm də itaətin məziyyət hesab edildiyi doğma evdə özünə yer tapmaq günbəgün çətinləşir. Gözlənilməz nevroloji xəstəlik isə tədricən onu əzələlərinə, hərəkətlərinə, hətta nitqinə nəzarətdən məhrum edir. Amma, görəsən, gözəl, ərə veriləcək qız olmaq gözləntisini alt-üst edən bu xəstəlik azadlığa da açılan ani qapı deyildi ki? Yeganə Cabbarlının qaşlardan boğaza, dildən əllərə uzanan bu səyahətində uşaqlıq xatirələri, ailə sirləri, qadağalar və bir neçə nəsil qadının susqunluğu üzə çıxır. İşləməyə, qulluq etməyə alışdırılmış əllər, nəhayət, yazmağa başlayır. Bu, seçmədiyimiz mirasla üzləşmək, öz bədənimizə və səsimizə sahib çıxmaq haqqında sarsıdıcı, poetik bir əsərdir.
ISBN:
9789952857160
Genre:
Roman
Publishing house:
Nebula Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Yeganə Cabbarlı
Pages::
144
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products