Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−20%

Axşam narahatlığı

Publishing house: Qanun Nəşriyyatı
SKU: 9789952387131
Sold less than 20 times
Unit of measurement: pcs.
9.59 AZN
11.99 AZN
Savings 2.40 AZN
Special online price

Marieke Lukas Riyneveldin bu romanında hər şey varsevgi, xəyanət, tənhalıq, Avropa insanının seçimləri. Və hər şey çox çılpaq, olduqca təbiidir... axsam narahatligi

In stock2
Bir yeniyetmənin dilindən yazılan və böyüklərin ibrət götürməsini nəzərdə tutan sarsıdıcı kitabdır. Yas, fermerliklə məğul olan ailəsi ilə Niderlandın ucqar kəndlərindən birində yaşayır. Bir qış günü qardaşı buz üstündə konki sürmə yarışına qatılır. Faciə baş verir və o, geri dönmür. Yas ailənin tədricən yadlaşdığını, yox olduğunu görür. Ata ilə ana övlad itkisindən sonra canlı ölüyə çevrilir.
Marieke Lukas Riyneveldin bu romanında hər şey varsevgi, xəyanət, tənhalıq, Avropa insanının seçimləri. Və hər şey çox çılpaq, olduqca təbiidir...
"On yaşım vardı, artıq paltomu çıxarmırdım. Həmin səhər anam soyuqdan qorumaq üçün hamımıza inək yelininin yağını sürtmüşdü. Bu yağ sarı Bogena qabında buraxılırdı və daha çox südverən inəyin əmcəklərinin çatlamasının qarşısını almaq, döyənəklər və gül kələminə oxşar düyünlərə qarşı istifadə edilirdi. Qabın ağzı o qədər yağlı olurdu ki, onu ancaq çay dəsmalı ilə burub aça bilərdin. Ondan buğda bişmiş inək yelininin iyi gəlirdi. Hərdən tavanı götürüb yelini yaxşıca istiotlayıb, duzlayandan sonra qızardırdım. Dərimdə qoxuyan yağ kimi bu da mənə iyrənc gəlirdi. Anam toppuş barmaqlarını üzümüzdə elə gəzdirirdi ki, elə bil pendirin tutub-tutmadığını yoxlayırdı. Solğun yanaqlarımız saralan mətbəx lampasının işığında parıldayırdı. Neçə ildir qəşəng, güllü lampa kölgəliyi almaq istəyirik. Kəndə gətirirlər, amma anam bilmir alsın, ya yox. Düz üç ildir. Həmin səhər – Milad bayramından iki gün əvvəl onun sürüşkən əllərini gözlərimdə hiss elədim. Qorxdum ki, 7
bu dəqiqə bərk basacaq, göz bəbəklərim mərmər kimi kəlləmin içinə girəcək. Anam deyərdi: “Gözlərin ora-bura baxanda həmişə belə olacaq. Sən gözünü əsl inanclı kimi bir yerdə saxlamırsan. Gözlərini Allaha elə dikməlisən ki, sanki göylər bu dəqiqə aralanacaq. Amma səmalar burada yalnız qar çovğunu üçün aralanır. Gicbəsər kimi gözünü göylərə dikib durmağın bir mənası yoxdur”"
ISBN:
9789952387131
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Marieke Lukas Riyneveld
Pages::
288
language:
Azerbaijani
Метка:
Bestseller, Ekspress
Product reviews 22
MU
Murad
03.11.2024 в 22:42

Bu bədii əsər mənim ən sevdiyim kitablardan biri oldu. Mövzusu çox təsirlidir.

QT
Qəribova Tamam
21.10.2024 в 19:05

Mən qızım üçün almışdım. Başlayıb oxumağa, maraqlı olduğunu deyir.

TU
Tuncay
20.08.2024 в 21:30
Kitabımı götürdüm, xidmətinizdən razı qaldım. Təşəkkürlər Ali və Nino komandası. Kitabın bir neçə səhifəsini də oxumuşam, həqiqətən məni özünə cəlb etdi.
AQ
Aqil
12.07.2024 в 22:52
Möhtəşəm 👍👍👍
Gülşən
29.02.2024 в 01:00
"Axşam narahatlığı"nı bir gün mütləq oxumalısınız. Niyəsini zatən oxuguqdan sonra özünüz anlayacaqsınız
5 / 5
5 stars 22 4 stars 0 3 stars 0 2 stars 0 1 star 0 No rating 0
Similar products
11.19 AZN 13.99 AZN
Tehranda kitab dükanı
pcs.
10.39 AZN 12.99 AZN
Qızıl məbəd
pcs.
11.19 AZN 13.99 AZN
Holland evi
pcs.
15.99 AZN 19.99 AZN
Vəba gecələri
pcs.
13.59 AZN 16.99 AZN
İtkin qız
pcs.
10.39 AZN 12.99 AZN
Xoşbəxt çağlarım
pcs.
5.92 AZN 7.40 AZN
Könülsüz fundamentalist
pcs.
12.79 AZN 15.99 AZN
Buzlu nabat satan
pcs.
14.39 AZN 17.99 AZN
Qızıl ev
pcs.
9.59 AZN 11.99 AZN
Bic
pcs.
7.99 AZN 9.99 AZN
Beynimdə Qəribəlik
pcs.
10.39 AZN 12.99 AZN
Yadlar ölkəsi
pcs.
11.99 AZN 14.99 AZN
Medalyonun İçi. Psixiatrın qeydləri
pcs.
10.32 AZN 12.90 AZN
Günahın üç rəngi
pcs.
7.19 AZN 8.99 AZN
Albalının cinsiyyəti
pcs.
13.59 AZN 16.99 AZN
Amerikan çirki
pcs.
3.19 AZN 3.99 AZN
Kəpənək mövsümü
pcs.
11.99 AZN 14.99 AZN
Kirpinin zərifliyi
pcs.
11.99 AZN 14.99 AZN
Parisdəki bütün çiçəklər
pcs.
10.39 AZN 12.99 AZN
Məftun
pcs.