Missis Març xoşbəxtlik haqqında belə nəsihət verir: “Mən istəyirəm ki, qızlarım gözəl, savadlı və mehriban olsunlar. Onların gözəl gələcəyi olsun, ağılla ailə qursunlar və Tanrının göndərdiyi kiçik qayğılarla faydalı və xoş ömür sürsünlər. Yaxşı insan tərəfindən sevilmək və seçilmək – qadının həyatında baş verə biləcək ən gözəl, ən xoş hadisədir və tam səmimi, ümid edirəm ki, qızlarım bu xoşbəxtliyi dada biləcəklər. Əzizlərim, istəmirəm ki, siz özünüzü həyatın ağuşuna atasınız, zəngin adamlarla vardövlətlərinə görə və ya sevginin hökm sürmədiyi gözəl malikanələrinə görə ailə qurasınız. Pul zəruri və dəyərli anlayışdır, onu səmərəli istifadə edən üçün faydalı vasitədir. İstəmirəm, düşünəsiniz ki, o, həyatda əsas və yeganə məqsəddir. Sizi qəlb rahatlığından məhrum olmuş, özünə hörmət etməyən taxt-tacda oturan kraliçalardansa, kasıb kişilərin xoşbəxt, sevilən, məmnun xanımları kimi görməyə daha çox üstünlük verirəm”.
					ISBN:
									9789952563801
								Genre:
									Roman
								Publishing house:
									3 alma
								Binding:
									Yumşaq
								Author:
									Luiza Mey Alkot
								Pages::
									672
								language:
									Azerbaijani
								Метка:
									Ekspress
								Weight, gr:
									700
								Product reviews
No one has left a review yet. Be the first!
Similar products
 
		 
 
