Axı heç bir təyyarə, heç bir gəmi insanın özünü özündən uzaqlaşdıra bilmir... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan...
Məhəbbəti duyğular yaşadır, ürəksizlik, qorxaqlıq isə puç edir.
Hər məhəbbət başqa-başqa qanunlarla qorunur.
Dünənin eşqini bu günün meyarları ilə hifz etmək mümkünsüzdür.
Zaur atası kimi olmaq cəsarətini tapmayan, Təhminə isə başqaları kimi olmayan yeni məhəbbətlə yaşayır.
Məhəbbət azadlığı sevir, istək isə əsarəti. Zaur istəyini məhəbbət sanır, Təhminə isə ona olan istəyin məhəbbətə çevriləcəyinə ümid edir.
Bəs bu məhəbbət macərası uğursuzdurmu?
Xeyr.
Uğursuz məhəbbət unudulan məhəbbətlərdir...
ISBN:
9789952547900
Genre:
Müasir nəsr
Publishing house:
Parlaq İmzalar Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Anar
Pages::
342
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products