Salam! Dost, bilmirəm bu oxuduğun ilk kitabımdır, ya artıq dəfələrlə həmsöhbət olmuşuq. Bilmirəm məni nə dərəcədə yaxşı tanıyırsan. Sənin gözündə özündənrazı və şöhrətpərəst bir ulduz, yoxsa sevdiyin, özünə yaxın saydığın bir insanam? Bilmirəm, bu kitabı almısan, ya kimdənsə təsadüfən götürmüsən, ya da kitab dükanında açıb ilk cümlələri oxuyursan. Bilmirəm, ümumiyyətlə, kitab oxumaq həvəskarısan, yoxsa sənin gözündə bu boş bir şeydir. Bilmirəm... Amma sənə bir şeyi danışmaq istəyirəm. Bu aralar mənim həyatımda qəribə bir şey baş verdi. Bir anlıq geriyə çevrilib baxdım və qazandığım uğurları gördüm. Cəmi beşcə ilin içində o qədər irəliləyə bilmişdim ki, bu çox adam üçün təəccüblü də görünə bilərdi. 18 yaşımda olarkən arzu etdiyim yerə gəlib çatdığımı gördüm.
ISBN:
2000923388177
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Paperback
Author:
Qaraqan
Pages::
256
language:
Azerbaijani
Метка:
Ekspress
Product availability:
есть в наличии
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together