Zəngin bir iş adamı bivec oğlunu yüksək vəzifəyə təyin etdirmək üçün rayon icra başçısına beş yüz min manat rüşvət verir. Elə həmin gün səhərə yaxın başçının bağ evinin gözətçisi öldürülür, evin zirzəmisində gizlədilmiş bir çamadan pul isə yoxa çıxır. Başçı bu məsələni qorxusundan açıb-ağartmaq istəməsə də, pulu və onun evinə girən şəxsləri əl altından axtarmağa başlayır. Şübhələndiyi ilk adam isə elə özünün “sağ əli” sayılan bərbəri olur. Bərbər ilk görüşdəcə hər şeyi boynuna alıb pulun bir hissəsini qaytarmağa razı olsa da, məlum olur ki, bunu edə bilməyəcək – həyətində torpağa basdırdığı pulla dolu çamadan bu dəfə də onun bağ evindən oğurlanıb. Elə həmin günlərdə bərbərin evinin qonşuluğundakı tikintidə fəhləlik edən Navid adlı gənc tələbə bacısıgilin evinə yaxın ərazidə amansızlıqla qətlə yetirilir. Qatil işi elə qurur ki, hamı Navidin namus üstündə öldürüldüyünə inansın. Bacısı bu qətlə görə elə öz ərindən şübhələnsə də, məşhur cinayət-axtarış eksperti qatili talesiz gəncin iş yerində axtarmağa üstünlük verir. Rusiyada kriminal keçmişi olan iki ahıl insan onun diqqətini nədənsə daha çox cəlb edir. Təhqiqat dərinləşdikcə ortaya daha qorxunc şeylər çıxmağa başlayır...
ISBN:
9789952599220
Genre:
Detektiv
Publishing house:
Teas Press
Binding:
Paperback
Author:
Elxan Elatlı
Pages::
388
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products
Frequently bought together