“Baskervillərin iti”, “İtmiş dünya”, “Qorxu vadisi”, “Dördlər işarəsi” kimi məşhur detektiv əsərlərin müəllifi, Şerlok Holms və professor Çellencer kimi sevilən obrazların yaradıcısı olan görkəmli ingilis yazıçısı Artur Konan Doyl (1859–1930) macəra janrında da qələmini sınayıb. Onun bu qəbildən olan əsərləri arasında Napoleon ordusunun zabiti Jerar barədə hekayətlər xüsusi yer tutur. İki fərqli kitabda toplanan və qəhrəmanın öz dilindən nəql edilən bu hekayətlərin hər biri ayrıca süjet xəttinə malik olmaqla yanaşı, oxucunu daim həyəcanda saxlayır.
Bir sözlə, Şerlok Holms və professor Çellencer kimi Jerar da özünəməxsus bacarıqları, heyrətamiz qəribəlikləri və qeyri-adi sərgüzəştləri ilə unudulmaz ədəbi qəhrəmanlarınız sırasına daxil olacaq.
ISBN:
9789952245394
Genre:
Macəra
Publishing house:
Altun Kitab
Binding:
Paperback
Author:
Artur Konan Doyl
Pages::
176
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products