Rəngli paltarları hamımız sevirik. Çünki paltarlarımızın rəngi özündə bizim daxili dünyamızı əks etdirir, həm də bizi görənlərin əhvalına təsir edir. Al-əlvan rənglər göz-könül oxşayır, qaramat rənglər isə əksinə... Bəs, ümumiyyətlə, rəngsiz, şəffaf, ətrafın rənglərini özündə əks edən paltarımız olsa, necə?
Professor Almas Aydınlı məhz belə bir “buqələmun” paltar hazırlayaraq elm dünyasında çevriliş yarada biləcək bir ixtira edib. Amma bu paltarı ələ keçirmək istəyənlər çoxdur. Əgər paltar lazım olmayan əllərə düşsə, bu, böyük faciələrə də gətirib çıxara bilər! Ona görə Almas Aydınlının həyatı tədqiqat apardığı Afrikada təhlükədədir, ailəsinin həyatı isə Bakıda.
Köməyə isə o çatır: xəfiyyə Barbaros!
Əziz dostlar, Murad və xəfiyyə Barbarosla təhlükəli və həyəcanlı macəralara hazır olun!
ISBN:
9789952599961
Genre:
Uşaq ədəbiyyatı
Publishing house:
3 Alma Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Əziz Sultan
Pages::
272
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products