“Burun cırtdan” nağılı cadugərin eybəcər cırtdana çevirdiyi Yakovun yenidən öz evinə qayıtmaq mübarizəsindən bəhs edir.
Almaniyanın iri şəhərlərinin birində qədim zamanlarda arvadı Hanna ilə Fridrix adlı bir çəkməçi yaşardı. Fridrix səhərdən axşamacan pəncərə qabağında oturub başmaqlara, ayaqqabılara yamaq vurardı. Sifariş verən olanda təzə başmaq da tikərdi, amma bunun üçün dəri almalı olardı. Qabaqcadan ehtiyat alıb saxlaya bilməzdi, çünki pulu yoxdu.