Körpə birdən-birə isterikaya qapılır? Uşaq bağçaya getməkdən boyun qaçırır? Məktəbli öz yoldaşlarıyla ünsiyyət qura bilmir? Ailə həyatında bu kimi çoxsaylı problemlərlə rastlaşırıq. İki tanınmış psixoloqun birlikdə yazdığı bu kitabda uşaqların şıltaqlığı beyin “böyüməsi”nin mərhələləriylə izah olunur. Emosional və intellektual inkişaf üçün 12 inqilabi tərbiyə strategiyası təqdim edilir. Valideynlər bu kitab vasitəsilə beynin necə işlədiyini öyrənə və uşaqlara başa sala bilərlər. Həm də sadə və anlaşıqlı bir dildə. Nəticə tezliklə özünü göstərəcək. Balacalar özlərini daha yaxşı anlayacaq, davranışlarını tənzimləyəcəklər.
ISBN:
9789952381221
Genre:
Psixologiya
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Daniel J. Siegel, Tina Payne Bryson
Pages::
184
language:
Azerbaijani
Метка:
Bestseller, Ekspress
Product reviews 10
Hər bir valideynə tövsiyə edirəm, çox faydalı məsləhətlər var.
Uşaq psixologiyasını anlamaq üçün bu kitab mənə çox kömək etdi. Uşağımın davranışlarını daha yaxşı idarə edə bilirəm.
Kitabın məzmunu çox zəngin idi. Uşaqların inkişafı və tərbiyəsi ilə bağlı bir çox faydalı məlumatlar var idi. Dili də sadə və anlaşıqlı olduğuna görə rahat oxudum.
Kitab çox yaxşıdır 👍👍👍.
Mənim stolüstü kitabıma çevrildi. Mükəmməl kitabdır, asan və anlaşıqlı dildə yazılmasını daha çox bəyəndim. Kitab qiymətli məlumatlarla zəngindir..
Kitab uşaqların beyin inkişafı və emosional zəka haqqında dəyərli mənbədir. Müəlliflər valideynlərə və tərbiyəçilərə uşaqların beyin strukturlarını anlamaq, emosional əlaqə yaratmaq və onların sağlam inkişafını dəstəkləmək üçün praktiki təlimatlar təklif edirlər. Kitab uşaqların emosional dünyasını araşdırmaq və onlarla başa düşülən və maraqlı şəkildə daha yaxşı ünsiyyət qurmaq məqsədi daşıyır. "Bütün beyinli uşaq" uşaqların inkişafı üçün möhkəm zəmin yaradan vacib məlumatları təqdim etməklə valideynlər üçün faydalı mənbə təqdim edir.
Nəticənin belə tezliklə özünü göstərəcəyinə inanmırdım. Amma həqiqətən də elə oldu. Hər kəsə tövsiyə edirəm, çünki hər birimiz zaman zaman bu və ya buna bənzər çətinliklərlə üzləşirik. Əminəmki sizində köməyinizə çatacaq.
Həqiqətəndə 1000000 nüsxədən çox satılmağına dəyəcək bir kitabdır. Çoooxxx bəyəndim.👍👍👍👍👍👍👍 Mükəmməldir.
Ümumən yaxşı kitabdır, həcmi kiçik olsada çox baş qarışdırmamaqla bir neçə əla məsləhətlər verir, ancaq hər qaydası eyni gücdə və dərinlikdə deyil. Bununla belə, kitab qiymətini və ayrılan vaxtın haqqını tam ödəyir.
Heyranedici bir kitabdır.Oxuduqca oxumaq istəyirəm,hər şey çox sadə və anlaşıqlı dillə izah olunub.Oxuduqca övladımı başa düşürəm,bilmədiklərimi qeyd edirəm.Məncə bütün valideyinlər özlərini inkişaf etdirməlidirlər.Endirimləriniz sayəsində bir neçə özünüinkişaf kitabı almışam.Təşəkkür edirəm sizə.
Similar products
Frequently bought together