Search
Contacts
We deliver 7 days a week, from 9:00 AM to 8:00 PM.
Profile
Profile
Favorites
Favorites
Cart
Cart
−15%

Cənnətdən şərqə doğru

Publishing house: Qanun Nəşriyyatı
Author: Con Steynbek
SKU: 9789952382280
Sold less than 20 times
Unit of measurement: pcs.
21.24 AZN
24.99 AZN
Savings 3.75 AZN
Special online price
In stock6

Steynbekin öz həyatının izlərini daşıyan "Cənnətdən şərqə doğru" Şimali Kaliforniyada münbit əkinçilik sahəsi olan Salinas Vadisində yerləşir və burada müəllif gənclik illərində fermada fəhlə kimi çalışmışdır.

Atasının oğurladığı pullarla varlanan Adam Trask... Öz zəhmətiylə başqalarını varlandıran Şamuel Hamilton... Və dəhşətli ailə faciəsi... Müəllif hadisələri çox canlı təsvir edir...
Roman sevgi və nifrət, etibar və xəyanət, cinayət və cəza haqqında böyük rəvayətdir. Adam Traskın iki oğlu səmavi kitablardakı Habil və Qabilin çağdaş prototipləri kimi ortaya çıxır. Hər ikisi dünyada öz yerini axtarır. Ancaq onların axtarış üsulları bir-birindən kəskin şəkildə fərqlənir.
Sən xeyirxah, yaxud bədxah əməllər törədə bilərsən. Bu, aydındır. Lakin unutma, hər seçimin öz bədəli vardır.

Bədii ədəbiyyat və hadisələrin idarə olunması baxımından Amerika Realizmi hərəkatına daxil edilən əsər bölgədəki fermer ailələrinin həyatının bütün aspektlərindən bəhs edir. Müəllif əsərindəki personajları və tipləri burada qarşılaşdığı real insanlar əsasında oxucularına çatdırır. Əsər Trask və Hamilton ailələrinin Amerikada sağ qalmaq üçün mübarizə apardıqları və nəticədə Salinas vadisində yolları kəsişdikləri zaman çəkişmələrini təsvir edir.

Sətirlər arasında xeyir və şərin əsaslarını araşdıraraq “Qabilin ilkin günahı müqabilində xeyirlə şərin doğulması”, “davranışda qismət və iradənin payı” kimi mövzularda oxuculara mühüm suallar verir.

Müqəddəs kitablarda əfsanə, rəvayət və məcazların yer aldığı əsər bəşəriyyətin nəsillər boyu sorğu-sual etdiyi məsələlərə işıq salır. 

Mühafizəkar tənqidçilərin qəzəbinə tuş gələn roman ABŞ-da milli bestseller siyahılarında birinci oldu. Hollivud roman əsasında film də çəkdi

ISBN:
9789952382280
Genre:
Klassika
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Con Steynbek
Pages::
680
language:
Azerbaijani
Метка:
Bestseller, Ekspress
Product reviews 11
ŞƏ
Şahin Əzizov
23.10.2026 в 13:03

Əsərin hekayəsi, yazi üslubu əladır. Oxumağa dəyər eserlerdendir.

Amma Tanrı eşqinə, bu tərcümələr üzərində, redaktə üzərində işləyin da. Kitabda tərcümə xətaları çoxdur. Ən bəsit olaraq "şərq" sahilləri yerinə "qərb" işlənir dəfələrlə. Originalda baxırsan ki, açıq aşkar "east" yazilib. Bu ki məna tərcüməsi deyil, sözbəsöz tərcümə etmək lazımdır da, o da çətindir? Daha sonra türk sözləri çox işlənib, sanki əsər türk dili versiyasından tərcümə edilib.

TM
Telman Musazadə
17.09.2026 в 09:50

Cons:
Çapda xırda şriftdən istifadə edilib punkt 9 və ya 10 olar oxuyanda gözü yorur bu səbəbdən.Türkcə tərcüməsi 12 punk və iridir sizdə düzəltsəz yaxşı olar

Review text:
Çapda xırda şriftdən istifadə edilib punkt 9 və ya 10 olar oxuyanda gözü yorur bu səbəbdən.Türkcə tərcüməsi 12 punk və iridir sizdə düzəltsəz yaxşı olar

EL
Elman
01.02.2025 в 22:44

Onlayn sifariş verdim və 2 günə kitabım gəldi. Çox razı qaldım, kitab tam orijinal və yeni idi. Əli və Ninoya təşəkkürlər!

SQ
Sara Qurbanlı
14.11.2024 в 21:10

Oxuduğum ən təsirli bədii əsərlərdən biridir. Müəllif hər şeyi çox dəqiq təsvir edib.

RA
Ramal
10.09.2024 в 23:48
👍👍👍👍👍👍👍👍👍
5 / 5
5 stars 8 4 stars 0 3 stars 1 2 stars 0 1 star 0 No rating 2
Similar products
3.39 AZN 3.99 AZN
Malva
pcs.
5.09 AZN 5.99 AZN
Sevgi səhrası
pcs.
11.19 AZN 13.99 AZN
Emma
pcs.
Frequently bought together
8.49 AZN 9.99 AZN
Zəncirotu şərabı
pcs.