Steynbekin öz həyatının izlərini daşıyan "Cənnətdən şərqə doğru" Şimali Kaliforniyada münbit əkinçilik sahəsi olan Salinas Vadisində yerləşir və burada müəllif gənclik illərində fermada fəhlə kimi çalışmışdır.
Atasının oğurladığı pullarla varlanan Adam Trask... Öz zəhmətiylə başqalarını varlandıran Şamuel Hamilton... Və dəhşətli ailə faciəsi... Müəllif hadisələri çox canlı təsvir edir...
Roman sevgi və nifrət, etibar və xəyanət, cinayət və cəza haqqında böyük rəvayətdir. Adam Traskın iki oğlu səmavi kitablardakı Habil və Qabilin çağdaş prototipləri kimi ortaya çıxır. Hər ikisi dünyada öz yerini axtarır. Ancaq onların axtarış üsulları bir-birindən kəskin şəkildə fərqlənir.
Sən xeyirxah, yaxud bədxah əməllər törədə bilərsən. Bu, aydındır. Lakin unutma, hər seçimin öz bədəli vardır.
Bədii ədəbiyyat və hadisələrin idarə olunması baxımından Amerika Realizmi hərəkatına daxil edilən əsər bölgədəki fermer ailələrinin həyatının bütün aspektlərindən bəhs edir. Müəllif əsərindəki personajları və tipləri burada qarşılaşdığı real insanlar əsasında oxucularına çatdırır. Əsər Trask və Hamilton ailələrinin Amerikada sağ qalmaq üçün mübarizə apardıqları və nəticədə Salinas vadisində yolları kəsişdikləri zaman çəkişmələrini təsvir edir.
Sətirlər arasında xeyir və şərin əsaslarını araşdıraraq “Qabilin ilkin günahı müqabilində xeyirlə şərin doğulması”, “davranışda qismət və iradənin payı” kimi mövzularda oxuculara mühüm suallar verir.
Müqəddəs kitablarda əfsanə, rəvayət və məcazların yer aldığı əsər bəşəriyyətin nəsillər boyu sorğu-sual etdiyi məsələlərə işıq salır.
Mühafizəkar tənqidçilərin qəzəbinə tuş gələn roman ABŞ-da milli bestseller siyahılarında birinci oldu. Hollivud roman əsasında film də çəkdi