"Cəsur qızların kitabı" arzularının ardınca getməkdə israrlı olan, inamlı qızların yol bələdçisidir.
Bu qızlar öz arzularının ardınca getdilər. Stereotiplər və təzyiqlər onları qorxutmadı. Seçdikləri sənətə məhəbbətləri onların yol bələdçisinə çevrildi. Ən çətin anlarda da ruhdan düşmədilər. Yollarına çıxan bütün maneələri aşdılar. Öz həyatlarının kapitanı oldular. Beləliklə, cəsur qızlar xalqın mədəniyyət taleyində də çevriliş etməyi bacardılar.
Kitabda Azərbaycan mədəniyyət tarixində iz qoymuş qadınlardan söhbət açılır.
Kitabda yer alan Güclü Azərbaycan qadınları aşağıdakılardır:
Qəmər Almaszadə - ilk balerina
Ziba Qəniyeva - ilk snayper qadın
Nigar Şıxlinskaya - ilk ali təhsilli qadın, həkim
Sona Vəlixan - ilk oftalmoloq qadın
Həmidə Cavanşir - ilk maarifçi qadın
Şövkət Məmmədova - ilk opera müğənnisi
Şövkət Səlimova - ilk qadın gəmi kapitanı
Şəfiqə Axundova - opera yazmış ilk qadın bəstəkar
Salatın Əsgərova - ilk şəhid qadın jurnalist
Səkinə Axundzadə - ilk qadın dramaturq
Xurşidbanu Natəvan - görkəmli şairə, ilk xeyriyyəçi qadın
Leyla Məmmədbəyova - ilk təyyarəçi qadın
İzzət Orucova - ilk kino aktrisası
Qeysər Kaşıyeva - ilk peşəkar qadın rəssam
Məhsəti Gəncəvi - ilk məşhur Azərbaycan şairəsi
Hənifə Məlikova - ilk qadın məktəb direktoru
Gülcahan Güləhmədova - ilk qadın teatr rejissoru
Banin - Avropada tanınan ilk qadın yazıçı
Ağabacı Rzayeva - ilk peşəkar qadın bəstəkar
Zivər Tağıyeva - ilk qadın heykəltəraş
Tahirə Tahirova - ilk qadın nazir
Züleyxa Seyidməmmədova - ilk hərbi təyyarəçi qadın
Stereotiplərin, təzyiqlərin qorxutmadığı bu cəsur qadınlar Azərbaycan xalqının mədəni və ictimai-siyasi taleyində çevriliş etdilər!