“Həyatın gedişatı çox yox, bir balaca başqa məcrada davam etsəydi, indi bu yaşananların heç biri olmayacaqdı...” “Ehtimal oyunları”, xəyalən başqa bir reallığı təsəvvür edərək özünü ovundurmaq – bu sayaq təsəlliverici fikirlər onu kölgə kimi izləyirdi. O, keçmişdən yaxa qurtarmaq üçün zehnində, ruhunda bir axtarışa çıxmışdı: “...Yəni elə bir qüvvə mövcuddurmu keçmişi silə? Unuda bilərsənmi, cəsarətin çatarmı heç nə olmamış kimi yaşamağa, davam etməyə? Tale insanı məğlub edəndə, bu məğlubiyyətlə barışmalıdır, vəssalam. Yaşamağı bacarmadın, barı ölməyi bacar. Demək, mən ölməyi bacarmalıyam?! Necə oldu axı bu yerə çatdım... Mən ki dünya dağılsa belə özümü sevəcəkdim? Hamıdan, hər kəsdən artıq özümü qoruyacaqdım?!” Amma bir gecədə verilən qərar onun həyatını kökündən dəyişdi. Bu necə baş verdi? İntiharın astanasında olan bir insan oradan necə geri qayıtdı?
ISBN:
9789952525489
Genre:
Roman
Publishing house:
Parlaq İmzalar
Binding:
Yumşaq
Author:
Dilşad Talıbova
Pages::
248
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews 1
Möhtəşəm. Həqiqətən də dedikləri doğrudur ki, sən doğru kitabı yox, doğru kitab vaxtında səni tapır. Belə bir kitabın var olduğuna və məni doğru anda tapdığına görə minnətdaram. Kitabı hiss edəndə, orada özünü tapanda daha mənalı olur, kitabı oxumur, artıq yaşayır insan. Mən bu kitabı yaşadım.
Similar products