Ulduz Universiteti Azərbaycanın öndə gedən universitetlərindən biridir. Burada ölkənin ən yüksək nailiyyətlərinə sahib tələbələr təhsil alırlar. Maria, Ömər və Elina da onlardan biridir. Bir-birlərinə çox bağlı olan bu üç dost zəngin həyatı, geyim tərzi, bacarığı və xarici görünüşləri ilə hər kəsin diqqət mərkəzindədir.
Novruz bayramı gecəsi əfqanıstanlı professor Ramez Afridinin mükəmməl bir planla qətlə yetirilməsi universitetdəki bütün dincliyi pozur. Cinayətin həlli üzərində istintaq gedərkən, Ulduz universitetində demək olar ki, digər üç tələbə ilə eyni yaşda olan mühafizə işçisi Elmir də burada təhsil alma şansı qazanır. Ömər, Maria və Elina isə özlərinin də günahı olduğu bu qətlin onların üzərinə qalmasından qorxur və bunu gizlətməyə çalışırlar. Amma aralarına sızan Elmirin onların həyatını tamamilə dəyişəcək tək insan olacağının fərqində belə deyillər.
ISBN:
9789952366877
Genre:
Roman
Publishing house:
Qanun Nəşriyyatı
Binding:
Yumşaq
Author:
İbrahim Kərimov
Pages::
200
language:
Azerbaijani
Метка:
Ekspress
Product availability:
есть в наличии
Product reviews 12
Oxuduğum ən təsirli əsərlərdən biridir. 👍👍👍👍👍
Obrazlar çox təsirli və inandırıcıdır. Hər bir detektiv obrazı çox real idi və onların düşüncə tərzi məni heyrətləndirdi.
Müəllifin ilk işi olduğunu nəzərə alsaq, kitab həddindən artıq insanı özünə cəlb edir və son səhifəsinə qədər müəmmalı olaraq qalır. Azərbaycanın müasir ədəbiyyatında bu cür detektiv işlərinin yüksək səviyyədə irrələməsi qürür vericidir. Şiddətlə tövsiyə edir və yazıçıya gələcəkdə uğurlar arzu edirəm.
qiymət verəsi olsam 3 4 arası verərəm bu kitabdan daha maraqlı kitablar oxumuşam
Çox maraqlı kitabdı. Obrazlar mürekkebdiler, bu sebebdende en sevimlim ya da nifret etdiyim biri olmadı.👏💙🦋
İlk kitab üçün çox mükəmməldi, təbriklər bir daha bu yaşda belə bir işi bütünlüklə öz zəhməti ilə ortaya çıxardığı üçün.
Oxuyub bitirdikdən sonra, müəllifin mənimlə yaşıd(18) olmasını və onun ilk kitabı olmasını dərk etməm zaman aldı. Maraqlı süjet xətti, hadisələrdəki ardıcıllıq, güclü təsvir vasitələri ilə birlikdə kitabın toxunduğu həssas məqamların oxuculara qatqısından şübhəm yoxdur. Kitabın 4 gəncin həyatından bəhs etməsindən əlavə ,onların valideynlərinin həyatlarına təsirinin də göz önündə olması səbəbindən , gənclərlə birlikdə , orta yaş nümayəndələrinin də kitabdan çox şey öyrənəcəyinə əminəm.
Considering that this is the writer’s first work, I could surely say he is very talented at what he’s doing. There were mind blowing plot twists, the story kept the reader interested until the end, everything was well thought out and perfect! Great job
Adətən belə janr kitablar (detektiv) oxumuram, çünkü vaxt itkisi kimi gəlir mənə, uzaq başı filmə baxaram, amma kitabına vaxt sərf eləmərəm, lakin bunu oxumağa qərar verdim. Açığı deyim, əvvəldə mənə adi, o biri növ detektiv, mystery və s. kitablar kimi gəldi, amma dayanmadım, dedim başlamışamsa axıra kimi gedim (və davam eləmək çətin olmadı, çünkü oxuduqca oxuyurdum). Və nə qədər çox oxuyurdumsa, o qədər də çox kitab, süjet məni içinə çəkirdi. Bəzən fikirə gedirdim, bəzən isə emosiyalarımı saxlaya bilməyib göz yaşı belə axıdırdım. Kitabın vermək istədiyi bir çox mesaj var, onlardan biri də (və ən vacibi) valideynlərin uşaqlara təsiri haqdadır. Bu kitab daha çox gənclər üçün maraqlı olar mənim fikrimcə. Kitab böyük deyil, asanlıqla oxunulandır. Mən PDF formatda oxumuşdum, amma kitabın özünü də aldım, çünkü kitab şəklində daha gözəl və rahatdır oxumaq (təzədən oxumaq istəsəm artıq kitabdan oxuyum deyə).
P.S. yazıçılıq bacarığı təcrübə ilə düzəlir, lakin qabiliyyət və istək əvvəlcədən olmalıdır. Və bu gənc yazıçıya indi sadəcə daha da çox təcrübə yığmasını arzulayıram, çünkü o biri iki xüsusiyyət onda var:)
P.S. yazıçılıq bacarığı təcrübə ilə düzəlir, lakin qabiliyyət və istək əvvəlcədən olmalıdır. Və bu gənc yazıçıya indi sadəcə daha da çox təcrübə yığmasını arzulayıram, çünkü o biri iki xüsusiyyət onda var:)
Roman, gənc yazıçının ilk gələm təcrübəsi olmasına baxmayaraq, insanı öz axıcılığı ilə ağuşuna alır. Oxucunu daim maraqda saxlayan sujet xətti, zəncirləmə baş verən hadisələr və ən əsası sosial mesaj ehtiva edən mövzusu ilə sevimli əsərlərimizdən biri olmağa layigdir. Yazıçıya uğurlar arzulayır və gələcəkdəki romanlarını ən çox satan yazıçıların əsərləri sırasında görməyi diləyirəm. Bon courage!
Əsasən, detektiv kitablarını çox sevmirəm və çox az bu janrda kitab oxumuşam. Amma içlərində ən sevdiyim kitablardan biri məhz bu oldu. Əsasən, cavan və ortayaşlı insanlar üçün uyğundur. Kitabda 4 müxtəlif xarakterə malik dostların həm də müxtəlif həyat hekayələri insanı maraqlandırır, üzür, bəzən də əylənirir. Axıcı plota malik olan bu kitabı bitirdikdə saatlar necə keçdi anlamamışdım. Əlavə olaraq, real həyatda da baş verən hadisələrə çox gözəl şəkildə toxunulub. Tövsiyə edirəm
“Dörd Mühəndis" müəllifin ilk işi olduğuna baxmyaraq, çox gözəl və insanı yormayan üslubda yazılıb. Hadisələrin gedişatı sizi daha ilk fəsillərdən özünə bağlayır və kitabı bitirməmək üçün özünüzü saxlaya bilmirsiz. Kitab həqiqətən çox xoşuma gəldi və sonda verdiyi sosial mesaj çox mənalı idi. Müəllifə gələcək işlərində uğurlar arzulayır və onları "dörd" gözlə gözləyirəm!
Similar products
Frequently bought together