Salam Qədirzadənin sonuncu əsəri olan “Hər gün ömürdən gedir” kitabı ilk dəfə 1987-ci ildə, yazıçının ölümündən sonra nəşr olunub. Bu əsər müəllifin digər romanları kimi ailə-məişət mövzusuna həsr olunsa da, onlardan fərqli olaraq insan taleyinə fəlsəfi baxış ortaya qoyur. Əsərin baş qəhrəmanı keçmiş taksi sürücüsü Seyfəldir. Artıq qocalmış, oğlunu evləndirmiş, həyat yoldaşını da götürüb bağ evinə istirahətə çəkilmiş bu adam həyatın məğzinə dalmağa başlayır. O, keçmişdə olub-keçənləri xatırlayır, düzəltdiyi köhnə faytonla gəzməyə çıxır, sanki vaxtı geri qaytarmaq, yaşanmış günləri yenidən yaşamaq istəyir. Kitabda həmçinin Salam Qədirzadənin “Qar üstə qızılgül” və “Xəzan yarpaqları” hekayələri də verilib. Hər iki hekayə ömrünün qış çağını yaşayan kişi və qadının daxili dünyasını təsvir edir.
ISBN:
9789952566307
Genre:
Müasir ədəbiyyat
Publishing house:
Xan Nəşriyyatı
Binding:
Yumşaq
Author:
Salam Qədirzadə
Pages::
144
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products