"Pak bir ürəkdə kin yuva salmaz. Həqiqət sorağında olan dil yalana bulaşmaz, ləkələnməz. Əgər həyatda hər işin tərs gətirirsə, hər işin baş-ayaq gəlirsə, bil ki, sən özün tərs yola girmisən, səmtini çaşmısan.
Hakan Mengüç
Nəyi aradığını bilən üçün hər şey işarətdir.
İnsan nəyin hayına düşübsə, həmişə ona gecikib. Ən çox nəyə güc veribsə, orada aciz qalıb, dara düşüb. Nəyin üstünə düşübsə, onu qırıb töküb. Nəyi həqiqət zənn edibsə, onun xülyasına qapılıb və elə o xəyalın da sərt gerçəyi ilə imtahana çəkilib. Bu, cəza deyil, sadəcə bir bədəldir.
Hayat-yuxuyla həqiqətin daim yer dəyişdir-diyi, çox vaxt da iç-içə keçib qol-boyun olduğu bir sınaq meydanıdır.
Keçmişi ilə haqq-hesabını çürüdə bilməmiş, o dəftəri bağlamağı bacarmamış ümidsiz bir qadının illər sonra gənc dərvişlə gözlənilməz qarşılaşması közü sönməmiş dostluqlarının bir daha sınağa çəkilməsinə vəsilə olur...
Çünki onların bir-birinə öyrədəcəyi dərslər hələ bitməyib.
Əsərləri 15-dən çox dilə tərcümə olunmuş Hakan Mengüçün bu romanı sizi həqiqət qapılarına yönəldəcək...
ISBN:
9789952856316
Genre:
Şəxsi inkişaf
Publishing house:
Mimta yayımları
Binding:
Paperback
Author:
Hakan Mengüç
Pages::
168
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products