İlk dəfə idi ki, Özüngötürdən istifadə etdim, amma çox xoşuma gəldi. Gələn dəfə də mütləq buranı seçəcəyəm!
Elnarə
Təşəkkürlər, Əli və Nino 👍👍👍👍
X. Adilov
Çox məmnun qaldım. Bir gün içində sifarişim əlimə çatdı, bu qədər sürətli olacağını gözləmirdim.👍
Nicat Ağayev
Ev rahatlığında kitab sifariş etmək əla bir şeydir. Mağazanın müştəri xidməti də çox kömək etdi mənə. Sualım olduqda, tez cavab verirlər və problemi dərhal həll edirlər. Kitablar əla vəziyyətdə çatdırıldı. Bütünlükdə xidmətdən razı qaldım.
Şəkər Bahadurova
Oğlum və qızımla birlikdə heyvanları danımağa başlamışıq. Maraqlı kitabdır balaca dostlarımızada məsləhət görürük.
Əliyeva
Məndə almışam çox xoşuma gəldi..
Nurlana
Ekspress çatdırılmanız çox rahatdır. Bu dəfəki sifarişlərimin tez çatdırılması mənim üçün çox önəmli idi. Eksprəsslə sizariş verdim. Əla çalışır bu xidmətiniz.
Gülşən
Kitab əladır 👍👍👍👍.
Əfsanə
Qiymətlər çox münasibdir və endirimlər də olduqca cəlbedicidir. Təşəkkür edirəm sizə.
K. Əfsanə
Sizin saytı daima izləyirəm, uşaqlar üçün belə maraqlı və öyrədici vəsaitləri görən kimi alıram. Qiymətinin münasib olmasıda məni də qane etdi. Təşəkkürlər.
Dilarə
Çox, çox maraqlı və öyrədici kitabdır. Uşaqlar həm heyvanları öyrənir, həm də oxu qabiliyyətlərini inkişaf etdirir. Məsləhətli kitabdır.
Şəms
Məndə kitabı çox bəyəndim. Həqiqətən uşaqlar üçün çox faydalı kitabdır. Qiyməti də münasibdir.
Aynur Qurbanqızı
Uşaqlar üçün belə öyrədici vəsaitləri münasib qiymətə görəndə çox sevinirəm. Çünki bilirəm ki, hər valideyin övladının inkişaf etməsini istəyir, kitabların da qiyməti uyğun olanda onu almaq daha rahat olur. Məndə uşaqlara almışam, çox bəyəndilər. Kitabın keyfiyyəti də çox yaxşıdır. Təşəkkürlər, Əli və Nino komandası.
Tünzalə
Heyvanlar haqqında olan bu kitabı məndə oğluma almisam. Bizdə çox bəyəndik. Oğlum isə daha çox bəyəndi, kitabı əlindən qoymur. Keyfiyyəti və qiyməti də münasibdir.
Mehriban Cəmilova
Uşaqlarımıza heyvan segisini aşılamağa çalışırıq, yoldaşımla mən. Bu sizdən almığımız sayca neçəncı kitabdır unutmuşam artıq. Heyvanlar haqqında olan hər yeni kitab satışa çıxan kimi sifariş verik. Valideyinlərədə məsləhət görurük. Heyvanları sevən uşaqlar ətrafındakı bütün canlıları sevir.
Nazlı Həsənli.
Bir kitab bu qədərmi faydalı olar.. Çox bəyəndim. Kitabda həm şeirlər, həm də şəkillər var. Üstəlik hecalı formada verilməsi daha çox xoşuma gəldi. Kitabın keyfiyyəti də əladır, vərəqləri, üz qabığı nazik deyil. Kiçik yaşlı qızım üçün necə ürəklə alıb, bəyəndimsə sizə də almağı tövsiyə edirəm.
Sultan Nəzərova
Rəfiqəm mənə məsləhət gördü ki, Ali Nino mağazasında heyvanlara aid yeni kitab çıxıb, məndə baxdım və xoşuma gəldi. Dərhal kitablarımı sifariş etdim və qısa vaxtda çatdırılmanı etdiniz. Təşəkkür edirəm sizə. Bu kitab hər uşağın diqqətini çəkə biləcək bir kitabdır. Almağa dəyər.
Nuru
Nevelerime adim xoslarina geldi kitab.
K. Xanım
Gözlədiyimdən də yaxşı gəldi kitab. Hər bir heyvana uyğun şəkil və şeirin verilməsi çox yaxşıdır. Həmçinin çəkilən şəkillərdə canlı və parlaq görünür. Ən önəmlisi, qiymətinə görə keyfiyyəti çox yaxşıdır. Məsləhətli kitabdır.
Akşin Bədəlov
Qiyməti ucuzdur. Hər valideyin cibinə uyğun etmisiniz qiymətini çox sağ olun. Bizdə aldıq uşaqlara.