Rusiya tarixində ən əlamətdar hadisənin - çarizmin devrilməsinin mahiyyətini anlamaq üçün sonuncu çar II Nikolayın (1868-1918) bioqrafiyası çox mühüm mənbədir. Nikolay 26 yaşında taxta çıxıb. O, nə qədər vicdanlı, dürüst və vətəninə bağlı insan olsa da, bir o qədər də zəif, mövhumatçı və qətiyyətsiz biri idi. Zəif xarakterli birinin minbir çətinliyə və təzyiqlərə rəğmən 23 il taxtda qalması əslində möcüzə idi. Lakin bütün çatışmazlıqlarına rəğmən Nikolayın müsbət cəhətləri də az deyildi. Müasirlərindən fərqli olaraq, biz Nikolayın məşəqqətli şəxsi həyatından xəbərdarıq. Onun bəzi səhvlərini bağışlamaq bizim üçün bəlkə də elə buna görə asandır. Bəzilərinin nəzərində Nikolay sadəcə bir əbləhdir, başqaları isə onu qandan doymayan bədheybət kimi təsəvvür edir. Lakin çoxlarının nəzərində o, məhdud imkanlar çərçivəsində mütərəqqi ideyaları həyata keçirməyə çalışan ədalətli hökmdar və qızıl qəlbli insan olaraq qalır.
ISBN:
2000201744633
Janr:
Bioqrafiya
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Maykl Paterson
Səhifə sayı:
345
Dil:
Azərbaycan
Метка:
Ekspress
Bənzər məhsullar
Bununla birlikdə alırlar