Gözəl, sevincli, xoşbəxt bir gündə birdən-birə Den Verbek huşunu itirərək yıxılır. Çox keçmir ki, o beynində xərçəng şişlərinin yarandığını öyrənir. Xəstəlikdən xilas olmaq və yaşaya bilmək üçün çıxış yolu axtararkən Den təsadüfən doktor Karterlə qarşılaşır. Beləliklə ilk beyin transplantasiyası əməliyyatında könüllü olmaq üçün razılaşır. Əməliyyatdan sonra taleyi tamamilə dəyişən, hər şeyi unutsa da nəsə birşey xatırlamaq üçün mübarizə aparan Den hələ bilmir ki, qarşıda onu nələr gözləyir.
Bir yanda boğularaq öldürülməzdən əvvəl sirli işarələrlə dolu olan möhürlə alınlarına damğa vurulan qurbanlar, digər yanda da həyata tutunmağa çalışan Den Verbek. Onları nə birləşdirir? Qaradərili adamları hədəfə alan qatil nə üçün Denin izinə düşür? Xərçəngdən xilas olan Den klanın hədəfindən yayına biləcəkmi? Bu qeyri bərabər mübarizədə kimin qalib çıxacağı yalnız sonda məlum olacaq.
Same category
comments0
comments