Əsər XXI əsrin ən aktual problemlərindən biri sayılan surroqat analıq mövzusuna həsr olunub. Romanda təsvir edilən hadisələr Azərbaycanda baş verir. Övladı olmayan gənc bir ailənin daşıyıcı ana axtarışları sonda uğurla nəticələnir. Belə bir ailə tapılır və tərəflər müəyyən məbləğ müqabilində anlaşırlar. Lakin bu zaman ortaya milli mentalitetlə bağlı problemlər çıxır. Bu problem böyüdükcə razılaşdırılmış məbləğ də artır. Daşıyıcı ana olmağa razılaşan qadının əri qarşı tərəfin vəziyyətinin çıxılmaz olduğunu anlayır və bu fürsətdən istifadə edərək onlardan daha çox pul qoparmağa çalışır. "Namus, əxlaq, qeyrət, xəyanət" deyə-deyə çirkin oyunlar oynayır, şantaja əl atır. Proseslərin gedişi həm övlad arzulayan, həm də daşıyıcı ana olmağa razılaşan qadınları məcburi müttəfiqə, onların ərlərini isə düşmənlərə çevirir...
Genre:
Romanlar & Novellalar
Publishing house:
Teas Press
Binding:
Yumşaq
Author:
Aqşin Cəfərov
Pages::
253
language:
Azerbaijani
Метка:
Ekspress
Product reviews
No one has left a review yet. Be the first!
Similar products